Azərbaycanda bu deputatlara yeni vəzifə verildi FOTO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin sədrləri seçilib.
Milli.Az xəbər verir ki, bu gün keçirilən sessiyada Əjdər Zahid oğlu Əliyev Hüquq siyasəti komitəsinin, Mübariz Rəcəb oğlu Bayramov İqtisadi siyasət komitəsinin, Canməmməd Ramiz oğlu Canməmmədov Humanitar siyasət komitəsinin, Zeynəb Kərim qızı Quliyeva isə Sosial siyasət komitəsinin sədri seçiliblər.
Qeyd edək ki, bu gün keçirilən Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi ilə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov çıxış edərək bildirib ki, komitələrin öz funksiyalarının həyata keçirilməsi istiqamətində təkmilləşdirmə aparılması məqsədilə tərkibin yenidən formalaşdırılması zərurəti yaranıb.
Komitələrin tərkibi ilə bağlı qərar layihəsi oxunduqdan sonra "Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib. (APA)
Milli.Az
Baxış sayı:97
Bu xəbər 03 Fevral 2026 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















