Azərbaycanda bu peyvəndin tətbiq edilməsi müzakirə olunur
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
"Uşaqlıq boynu xərçənginə qarşı HPV peyvəndinin Azərbaycanda tətbiq edilməsi ilə əlaqədar Səhiyyə Nazirliyi ilə müzakirələr aparırıq. Nazirlik bu peyvəndin tətbiq olunması ilə bağlı müsbət mövqedədir".
"Unikal" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O hazırda ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən əhalinin HPV vaksini ilə əlaqədar fikirlərini öyrənmək üçün sorğunun aparıldığını bildirib.
H.Harmancı qeyd edib ki, bu sorğu nəticəsində əhalidən HPV peyvəndi ilə bağlı alınan rəylər önəmli olacaq: "HPV vaksini uşaqlıq boynu xərçəngindən qorunmaq üçün çox vacibdir. Hesab edirəm ki, bir neçə il ərzində bu vaksinin tətbiqi Azərbaycanda dövlət proqramına salına bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 15 İyul 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















