Icma.az
close
up
RU
Azərbaycanda bu sahədə işçi qıtlığı var: Gününə 500 manat verilir

Azərbaycanda bu sahədə işçi qıtlığı var: Gününə 500 manat verilir

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

"Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər” mövzusunda tədbir keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə Aqrar Sığorta Fondurun İdarə Heyərinin sədri Fuad Sadıqov jurnalistlərin suallarını cavablayıb.
Aqrar sığorta sistemində ekspertlərin Türkiyədən gətirilməsinə cavab olaraq sədr bildirib ki, Azərbaycanda bu sahədə ekspert tapmaq çətindir. O bildirib ki, zamanla bu göstəricilər dəyişəcək və yerli ekspertlərə daha çox üstünlük veriləcək:

"Bu gün Azərbaycanda aqrar sığorta sistemində ekspertlər təəssüflər olsun ki, yoxdur. Bəli, aqronomlarımız, baytarlarımız kifayət qədər var. Ancaq ixtisaslaşmış ekspert tapmaqda çətinlik çəkirik. Xüsusi diqqətə çatdırılası məqamdır ki, 2020-ci ildə biz öz fəaliyyətimizə başlayanda bir nəfər ekspertimiz var idi ki, onu da biz Türkiyədən gətirmişdik. Bu gün isə ekspertlərin sayı 100-ə çatıb. Ekspertlərin sayını artırmaq üçün təlimlər keçirik. Təəssüflər olsun ki, təlim prosesi ilə iş tamamlanmır. Mütləq qaydada təlimi bitirənlər DİM-dən imtahandan keçirlər. İmtahanı keçəndən sonra isə onlara attestasiyadan keçmələrinə dair şəhadətnamə verilir. Proses savad, bilik və təcrübə tələb edir. Buna görə də, başa düşmək olar ki, bu prosesin başa çatması üçün kifayət qədər vaxt lazımdır.

Sədr bildirib ki, ekspertlərə ehtiyac çoxdur:

"Nəticə etibarilə, Azərbaycanda ən azı 700-800 ekspertə ehtiyacımız var. Təəssüf ki, ekspert sayımız 100-ə yaxındır. Hər il ildə 4 dəfə təlim və imtahan təşkil edirik. Türkiyədən ekspertlər gətirilməyinin başlıca səbəbi odur ki, bizim aqrar sığorta sistemimiz bilavasitə Türkiyə və İspaniyanın aqrar sığorta sisteminə əsaslanır. Vəziyyətin düzgün qiymətləndirilməsi, şaxtanın təsirinin görülməsi, nə dərəcə zərər dəyməsi və s. nüansları bilmək uzun müddət təcrübə tələb edir. Bir müddət sonra Türkiyədən gələn ekspertlərin sayının azalmasını görəcəyik”.

Fuad Sadıqov həmçinin qeyd edib ki, müxtəlif bölgələrə göndərilən ekspertlərə günlük 500 manat verilir:

"Xüsusilə vurğulamaq istəyirəm ki, aqrar sığorta ekspertlərinə günlük 500 manat veririk. Bundan əlavə onların yol pulu, otel pulu və digər xərcləri də biz tərəfdən ödənilir. Məsələn, ekspert hər hansı bir təbii fəlakətdən sonra istehsalçının bağına gedir. İlinə 10 milyon manatlıq istehsal həcmi olan bir təsərrüfatda həmin şəxs gedib zərəri müəyyənləşdirməlidir ki, 10 milyonluq məhsulun neçə milyonuna zərər dəyib. Bu işlərinə görə də həmin ekspertlərə yüksək xidmət haqqı ödəyirik. Hətta qeyri-iş günlərində iki qat əməkhaqqı ödəyirik. Bunu da qeyd edim ki, onlar bizim işçilərimiz deyillər. Özəl sektorlarda və holdinqlərdə çalışırlar. Gənc və ya yaşlı olmağından asılı olmayaraq, öz savadına və bacarığına güvənən insanları ekspert olmağa dəvət edirik”.

Oksana Orucova
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 Fevral 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri