Icma.az
close
up
RU
Azərbaycanda bu şəxslərə güzəştli şərtlərlə pensiya almaq hüququ verilib

Azərbaycanda bu şəxslərə güzəştli şərtlərlə pensiya almaq hüququ verilib

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nazirlər Kabineti 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edib, "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın təsdiq edilməsi haqqında" 26 oktyabr 2006-cı il tarixli qərarını ləğv edib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakılar nəzərə alınmaqla hesablanır:

- təyyarədə çalışan sıravi heyət üzvləri, avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində helikopterlərin sıravi heyət üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin bu Qaydanın 5.12-ci bəndində göstərilən üzvləri üçün

ümumi sığorta stajı – uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünməklə;

- hava gəmiləri uçuş heyətinin qəza-xilasetmə (axtarış-xilasetmə) bölmələrinin tərkibində – işlədiyi hər bir ilə görə il yarım sığorta stajı;

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC ləğv edilənə qədər həmin qurumun idman aviasiya təşkilatlarının uçuş heyəti vəzifələrində – bir il işə görə il yarım sığorta stajı, bu şərtlə ki, onlar uçuş hazırlığının tədris planını yerinə yetirmiş olsunlar. Bir il ərzində mürəkkəb və ya ali pilotaj elementlərinin yerinə yetirilməsinə görə – iki il sığorta stajı;

- paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə helikopterdən asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qruplarının bir illik işinə görə il yarım sığorta stajı, bu şərtlə ki, onlar porşenli təyyarələrdən, helikopterlərdən, ən azı 10 metr hündürlükdə olan helikopterlərdən xüsusi enən (qalxan) qurğulardan illik tullanma normasını yerinə yetirmiş olsunlar. Reaktiv təyyarə və helikopterlərdən illik tullanma norması bir il ərzində yerinə yetirildikdə isə iki il sığorta stajı;

- imtiyazlı sığorta stajının hesablanması şərtləri yerinə yetirilmədikdə bu Qaydanın 4.2.3-cü və 4.2.4-cü yarımbəndlərinə uyğun olaraq bir illik işə görə – bir il

sığorta stajı;

- Silahlı qüvvələrin uçuş heyəti vəzifələrində və uçuş-sınaq heyətində xidmət müddəti (müvafiq olaraq hərbi qulluqçular və uçuş-sınaq heyəti üçün müəyyən edilmiş qaydada);

- məcburi dövlət sosial sığorta haqları ödənilməklə xarici mülki aviasiyanın uçuş heyəti vəzifələrində xaricdəki iş müddəti (müvafiq uçuş işləri üçün bu Qaydanın

4.2.1 – 4.2.4-cü yarımbəndləri ilə müəyyən edilmiş qaydada);

- ali və orta aviasiya tədris müəssisələrinin əyani şöbələrindəki təhsil müddəti (faktiki davamiyyət üzrə).

"Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq mülki aviasiyanın uçuş və uçuşsınaq heyətində işləyən şəxslər – hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist), komanda-uçuş heyəti, müvafiq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının heyətlərinin hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar, paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə helikopterdən asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qruplarının üzvləri güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 İyun 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri