Icma.az
close
up
RU
Azərbaycanda bu universitetlərin diplomu TANINMAYACAQ RƏSMİ

Azərbaycanda bu universitetlərin diplomu TANINMAYACAQ RƏSMİ

News24 saytına istinadən Icma.az xəbər verir.

Son illər xaricdə təhsil almaq istəyən gənclərin sayı əhəmiyyətli dərəcədə artıb. Lakin abituriyentlər arasında geniş yayılmış bir problem var ki, seçilən bəzi xarici universitetlərin diplomları Azərbaycanda tanınmır.

Əsas səbəb isə həmin ali təhsil müəssisələrinin öz ölkələrində rəsmi akkreditasiyaya malik olmamasıdır. Digər hallarda isə universitetin əsas kampusu akkreditə olunsa da, başqa ölkədəki filialı və ya təmsilçiliyi heç bir hüquqi status daşımır. Bu isə məzunların ölkəyə qayıtdıqdan sonra diplomlarının rəsmi tanınmaması ilə nəticələnir.

Bəs bunun üçün nələrə diqqət etmək lazımdır?

Məsələ ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov News24.az-a bildirib ki, xaricdə təhsil almaq istəyən gənclərin sayı ildən-ilə artır, bu da qloballaşan dünyada Azərbaycan gənclərinin fərdi inkişaf və peşəkar rəqabətlilik baxımından öz imkanlarını genişləndirmək istəyi ilə bağlıdır:

"Lakin bu meyil rasional planlaşdırılmadıqda və hüquqi-məntiqi əsaslandırılmadan həyata keçirildikdə, nəticədə diplom tanınmayan, əmək bazarında etibarsız sayılan yüzlərlə təhsil nümunəsi ilə qarşılaşırıq. Təəssüf ki, xaricdə oxuyanların bir hissəsi diplomları ilə Azərbaycanda nə işləyə, nə də təhsillərini davam etdirə bilir. Bu isə həm şəxsi resurs itkisinə, həm də ümumilikdə təhsil siyasətində etimadsızlıq yaradır".

Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 38.1-ci maddəsinə görə, xarici ölkələrin ali təhsil müəssisələrinin verdiyi diplomların ölkə ərazisində tanınması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan – Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir:

"Bu orqan həmin təhsilin keyfiyyətini, forma və məzmununu, ölkədəki ekvivalentliyini yoxlayaraq tanınma və ya tanınmama qərarı verir. Lakin problem ondadır ki, abituriyentlər xaricdəki təhsil müəssisəsini seçərkən bu mərhələni nəzərə almır, diplomun nostrifikasiyası sonradan düşünülən məsələ kimi qalır".

Əsədov qeyd edib ki, statistikaya əsasən, 2023-cü ildə TKTA-ya xarici diplomların tanınması üçün 10 mindən artıq müraciət daxil olub. Bu müraciətlərin təxminən 21%-i rədd cavabı alıb və ya əlavə ekspertiza tələb olunub. Rədd edilmiş halların əsas səbəbləri sırasında təhsil müddətinin azlığı, distant və ya ekstern təhsil formaları, akkreditasiyasız və qeydiyyatsız ali məktəblər və ixtisas uyğunluğunun olmaması dayanır:

"Bu isə onu göstərir ki, xaricdə təhsil almış şəxslərin mühüm bir qismi əslində ya qeyri-legitim diplom əldə edib, ya da Azərbaycan təhsil sisteminə uyğun olmayan proqramlarda iştirak edib. Dünyada tanınmış ali təhsil sistemləri bu məsələyə ciddi nəzarət mexanizmi ilə yanaşır. Məsələn, Almaniyada yalnız “Hochschule” statusu almış universitetlərin diplomları beynəlxalq aləmdə qəbul olunur. Birləşmiş Krallıqda isə QAA (Quality Assurance Agency) tərəfindən akkreditə olunmamış heç bir proqram rəsmi status daşımır".

Ekspertin sözlərinə görə, ABŞ-da hər bir universitetin və proqramın “regional accreditation” statusu yoxdursa, həmin diplom nə işəgötürənlər, nə də digər təhsil müəssisələri tərəfindən etibarlı sayılmır. Azərbaycanda isə bu istiqamətdə sistemli marifləndirmə aparılmadığı üçün valideynlər və tələbələr üçün “xaricdə təhsil” anlayışı hələ də romantik təsəvvür üzərində qurulub:

"Ən çox diplom tanınmayan və ya nostrifikasiyada problem yaşanan ölkələr sırasında Gürcüstan, Moldova, Ukrayna, Şimali Kipr, Qazaxıstan və Qırğızıstan yer alır. Bu ölkələrdə bəzi özəl universitetlər sadəcə qeydiyyatda olan, lakin real akademik tədris verməyən müəssisələr kimi fəaliyyət göstərir. Xüsusilə tibb, hüquq və pedaqoji sahələrdə oxuyan tələbələrin diplomları tədris müddəti və praktik baza baxımından Azərbaycan standartlarına uyğun gəlmədiyi üçün rədd olunur. Bu isə gəncin 5–6 ilini və ailənin böyük maliyyə resurslarını heçə çıxarır. Əgər diplom tanınmırsa, bu, təhsilin də, biliklərin də rəsmi dəyərinin olmaması deməkdir".

Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu sahədə effektiv fəaliyyət göstərmir. Xaricdə təhsilə dair sistemli maarifləndirmə kampaniyası yoxdur. Nə təhsil sərgilərində, nə media platformalarında, nə də məktəblərdə diplom tanınması meyarları barədə valideynlərə və şagirdlərə açıq şəkildə məlumat verilmir. Nazirlik bu prosesi yalnız fərdi təşəbbüslərə buraxıb, halbuki bu, dövlət səviyyəsində planlaşdırılmalı olan məsələdir. Nə proqram uyğunluğu haqqında təhlil mövcuddur, nə də beynəlxalq təhsil bazarına dair rəsmi məlumat bazası təqdim olunur. TKTA isə bu prosesdə texniki qurum kimi çıxış edir, strateji marifləndirmə funksiyası demək olar ki, yoxdur.

Nə dəyişməlidir? Əvvəla, xaricdə təhsil almaq istəyən hər bir gənc üçün məcburi şəkildə rəsmi “təhsildən öncəsi məlumatlandırma konsultasiyası” yaradılmalıdır. Bu konsultasiya çərçivəsində tələbəyə oxumaq istədiyi ölkə, universitet, ixtisas və təhsil forması üzrə diplomun Azərbaycanda tanınıb-tanınmaması haqqında rəsmən yazılı məlumat verilməlidir. İkincisi, TKTA nostrifikasiya olunan və olunmayan universitetlərin dinamik siyahısını ictimaiyyət üçün əlçatan formada yeniləməlidir. Üçüncüsü, Elm və Təhsil Nazirliyi məktəblərdə xaricdə təhsillə bağlı dərs saatları çərçivəsində məsləhət yönümlü seminarlar keçirməli, gəncləri tələyə düşməkdən qorumalıdır.

Əgər bu addımlar atılmazsa, hər il xaricdə oxuyan, amma ölkəsinə qayıtdıqda diplomunu “keçərsiz kağız parçası” kimi görən gənclərin sayı artacaq. Bu, nəinki fərdi faciədir, həm də milli təhsil siyasətində böyük sistem boşluğunun göstəricisidir. Dövlət təhsili yalnız daxildə deyil, xaricdə də düzgün planlamalı, əks halda minlərlə gəncin taleyi yanlış informasiya üzündən risk altına düşəcək. Təhsil məsuliyyətsiz romantika deyil, strateji qərardır – bunu başa düşməyin və izah etməyin vaxtıdır", - deyə Kamran Əsədov vurğulayıb.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 İyul 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri