Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Azərbaycanda çağırış yaşı 18dən 20yə qaldırılır? RƏSMİ AÇIQLAMA KONKRET

Azərbaycanda çağırış yaşı 18dən 20yə qaldırılır? RƏSMİ AÇIQLAMA KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişiklikləri birinci oxunuşda qəbul edib. Xüsusilə maraq doğuran maddə hərbi xidmətkeçmə yaşı ilə bağlıdır. Belə ki, təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaqlar. Xatırladaq ki, hazırkı qanunvericiliyə görə, həmin yaş həddi 18 yaşından 35 yaşına qədərdir.

Maraqlıdır, bəs hərbi xidmətkeçmə yaşının 30 yaşa endirilməsi ilə bağlı dəyişiklik təsdiq olunarsa, qanun 30 yaşını tamamlamış, lakin hərbi xidmət keçməmiş şəxslərə də şamil olunacaqmı? Yəni onların hərbi xidmətə çağırılması dərhal qüvvədən düşürmü? Həmçinin, qanuna əlavə dəyişiklik ola bilərmi? Məsələn, daha çox müzakirə edilən çağırış yaşının 18-dən 20-ə qaldırılması gözlənilirmi?

KONKRET.az xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu Oxu.az-a açıqlamasında hərbi xidmətkeçmə yaşının 35-dən 30-a endirilməsinin hər şeydən əvvəl ordumuzda aparılan islahatlarla – peşəkar ordunun yaradılması ilə bağlı olduğunu bildirib:

“Bu qanun qəbul edildikdən sonra artıq hərbi xidmətə çağırış yaşı 35-ə qədər deyil, 30-a qədər mümkün olacaq. Qanun Milli Məclisdə təsdiqlənəndən sonra Azərbaycan Prezidentinin fərmanı ilə qüvvəyə minmiş hesab olunur. Fərman imzalandıqdan sonra isə artıq qanun 30 yaşını tamamlamış və ondan yuxarı yaşda hərbi xidmətə çağırılmış bütün vətəndaşlara şamil ediləcək.

Yəni qanun qüvvəyə mindikdən dərhal sonra artıq 31, 32 və ümumiyyətlə 35 yaşa qədər olan bütün vətəndaşlarımıza şamil ediləcək. Hətta əgər bu vətəndaşlar hərbi xidmətdə olsalar belə, qanun qüvvəyə mindikdən dərhal sonra yararlı kimi tərxis olunacaqlar. Çünki onlar hərbi xidmətə yararlıdırlar, xidmətdə olublar, sadəcə, yeni qanuna əsasən, Prezidentin sərəncamı ilə müddətdən əvvəl hərbi xidmətdən tərxis olunurlar. Ona görə də düşünürəm ki, bu, müəyyən yaş həddində olan vətəndaşlarımızın xidməti ilə bağlı xüsusi şərtlər formalaşdırmaqla ordu komplektləşməsində yeni keyfiyyət mərhələsi yaradacaq”.

“Bu qanunun üçüncü oxunuşunda hər hansı bir dəyişikliyin edilməsi gözlənilmir. Çünki adətən, istənilən qanun layihəsi birinci oxunuşda ümumi kontekstdə təhlil olunur. İkinci oxunuşda birbaşa mətndə dəyişikliklər zərurəti varsa, təklif olunur və qanunvericilik subyekti ilə razılaşdırılaraq bu dəyişikliklərin edilib-edilməməsinin mümkünlüyü nəzərdən keçirilir. Bəzən zərurət yaranarsa, belə dəyişikliklər edilir, bəzən isə edilmir. Üçüncü oxunuş isə son oxunuş olduğuna görə artıq qanunun qəbul edilməsi mərhələsi hesab olunur. Bu baxımdan, hesab edirəm ki, üçüncü oxunuşda hər hansı bir dəyişiklik gözlənilmir”, – deyə deputat vurğulayıb.

H.Babaoğlu əlavə edib ki, sözügedən qanun layihəsində çağırış yaşının 18-dən 20-yə qaldırılması qanun layihəsində yoxdur və bu məsələ aktual olmadığı üçün bu gün müzakirə edilmir:

“Məlumdur ki, 18 yaşında artıq gənclərimiz orta məktəbi bitirir və təhsilin növbəti – ali mərhələsinə keçən gənclərimiz hərbi xidmətdən müvəqqəti olaraq fasilə götürmüş olurlar. Ancaq belə bir hüquq qazanmayan gənclərimiz ordu sıralarına cəlb olunurlar. Əgər bu yaş 18-dən 20-yə qaldırılarsa, o zaman iki il müddətində gənclərin məşğuliyyəti ilə bağlı və yaxud onların cəmiyyətdə faydalı iş əmsalının səmərəli təşkili ilə bağlı problemlər yarana bilər. Amma indiki halda 18 yaşından sonra ali təhsil hüququ qazanan gənclərimiz ali təhsil müəssisələrinə, qazana bilməyən gənclərimiz isə ordu sıralarına cəlb olunurlar.

Əslində, gənclərimiz bu situasiyada iki ili qazanmış olurlar. Çünki hərbi xidmətdən sonra yenidən ali təhsil almaq və yaxud cəmiyyətin digər institutlarına inteqrasiya olunmaq üçün fürsət əldə edirlər. Bu, yaxşı haldır ki, zamanla bağlı heç bir fasilə yaranmır. Əgər yaş həddi 18-dən 20-yə qaldırılarsa, iki il qeyri-müəyyən zaman meydana çıxır ki, bu da həmin yaş dövründə gənclərin faydalılıq əmsalına mənfi təsir göstərə bilər. Bu isə ictimai maraqlarımız baxımından doğru olmazdı”.

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Dekabr 2024 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri