Azərbaycanda ChatGPT nin bazar payı azalmaqda davam edir
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ay ChatGPT 72,78% payla Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqi olub. Buna baxmayaraq, "chatbot"un bazar payı 1 ay əvvəllə müqayisədə 5,66 faiz bəndi azalıb.
Banco.az "statcounter"ə istinadən xəbər verir ki, mart ayında ChatGPT-nin payı 78,44% təşkil edirdi.
Məlumata görə, ötən ay ölkədə ən çox istifadə edilən süni intellekt tətbiqləri bunlar olub: Google Gemini (20,15%), Perplexity (1,88%), Claude (2,48%) Microsoft Copilot (2,71%).
Qeyd edək ki, apreldə qlobal miqyasda da ən çox istifadə edilən süni intellekt tətbiqi ChatGPT (76,85%) olub. Onun ən yaxın rəqibi Google Gemini-ın payı isə 9% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 04 May 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















