“ChatGPT”nin bazar payı azalıb, rəqibləri sürətlə irəliləyir
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Süni intellekt çatbotları arasında liderliyini qoruyan “ChatGPT”nin internet trafikindəki payı azalıb.
Yeniavaz.com “Similarweb” platformasının 2026-cı ilin sentyabr ayına dair məlumatlarına əsasən xəbər verir ki, “Google” şirkətinin “Gemini” və “Anthropic” şirkətinin “Claude” çatbotları isə istifadəçilər arasında populyarlığını artırıb.
“ChatGPT” qlobal süni intellekt çatbotlarının veb-saytlarına edilən ziyarətlərin 56,4 faizini təşkil edib.
Belə ki, sentyabr ayında “ChatGPT”nin veb-saytına təxminən 5,9 milyard dəfə daxil olunub. “Google”un “Gemini” çatbotu 2,6 milyard ziyarətlə ikinci, “Anthropic” şirkətinin “Claude” çatbotu isə 1 milyard ziyarətlə üçüncü yerdə qərarlaşıb.
Digər çatbotlar arasında “DeepSeek” 356 milyon, “Grok” 241 milyon, “Copilot” 157 milyon, “Perplexity” isə 94 milyon ziyarət qeydə alıb.
Məlumata görə, 2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrına qədər “ChatGPT”nin ümumi ziyarətlərdəki payı 71,8 faizdən 56,4 faizə düşüb.
Eyni dövrdə “Google”un “Gemini” çatbotunun payı 13,6 faizdən 25 faizə, “Claude”un payı isə 2,3 faizdən 9,6 faizə çatıb.
Son bir ildə “Gemini”nin aylıq ziyarət sayı təxminən 2,5 dəfə artaraq 1,1 milyarddan 2,6 milyarda yüksəlib. “Claude”da isə artım daha sürətli olub. Çatbotun aylıq ziyarət sayı 157 milyondan 1 milyarda çataraq təxminən 6 dəfə artıb.
“Claude”un populyarlığının artmasında proqramlaşdırma və peşəkar işlər üçün imkanlarının genişlənməsi, eləcə də şirkətin reklam və ictimaiyyətlə əlaqələr strategiyasının rol oynadığı bildirilir.
Araşdırmaya əsasən, “DeepSeek”, “Grok”, “Copilot” və “Perplexity” çatbotlarının ümumi payı 2025-ci ilin oktyabrında 11,4 faiz olduğu halda, 2026-cı ilin sentyabrında 8,1 faizə enib.
Bu mövzuda digər xəbərlər:ChatGPT nin Azərbaycandakı bazar payı azalıb
07 Oktyabr 2026 15:07
Fevralda Azərbaycanda ChatGPT nin bazar payı cüzi azalıb
03 Mart 2026 11:13
Son 1 ayda Azərbaycanda ChatGPT nin bazar payı azalıb
03 Fevral 2026 13:15
“Google”un Azərbaycanda bazar payı artıb, “ChatGPT”nin isə azalıb
04 May 2026 19:38
Azərbaycanda ChatGPT nin bazar payı azalmaqda davam edir
04 May 2026 15:12
Baxış sayı:71
Bu xəbər 15 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















