Icma.az
close
up
RU
Azərbaycanda da Mərakeş filmləri həftəsi təşkil ediləcək AZƏRTAC

Azərbaycanda da Mərakeş filmləri həftəsi təşkil ediləcək AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rabat, 22 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov Krallığın Ali Audiovizual və Kino Peşələri İnstitutunda direktor Həkim Belabbasla görüşüb.

AZƏRTAC xəbər verir ki, səfir Mərakeş hökumətinin başçısı Əziz Axnuşun COP 29 konfransında iştirak etmək üçün Azərbaycan Respublikasına tarixi səfərini xatırladaraq bu səfərin iki ölkə arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Səfir Audiovizual və Kino Peşələri İnstitutu ilə Azərbaycanın oxşar təhsil müəssisələri arasında məhsuldar əməkdaşlığın qurulmasının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, tərəflər bu əməkdaşlıq çərçivəsində birgə proqramlar, tədbirlər və təlim layihələri həyata keçirərək bir-birlərinin təcrübəsindən faydalana bilərlər.

Həkim Belabbas Mərakeşin audiovizual və kino sahəsində nailiyyətləri haqqında qısa məlumat verib, institutla Azərbaycanın təhsil müəssisələri arasında əməkdaşlığı təşviq etməyə hazır olduğunu qeyd edib.

İnstitutun baş katibi Yusif Fərid isə Mərakeşin kino istehsalı üçün lazımi infrastruktura və kadrlara malik olduğunu vurğulayıb.

Azərbaycan səfiri gələn ilin əvvəlində institutda Qarabağın işğal altında olduğu dövrü əks etdirən filmin təqdimat mərasiminin keçiriləcəyini bildirib. Səfir, həmçinin, Mərakeşdə Azərbaycana dair fotosərginin və Azərbaycan filmləri həftəsinin keçirilməsi fikrini alqışlayıb. Bildirib ki, Azərbaycanda da Mərakeş filmləri həftəsi təşkil ediləcək.

Görüşün sonunda səfir Nazim Səmədov institutun yayım zalları, çəkiliş studiyaları, montaj otaqları və texniki avadanlıq anbarları da daxil olmaqla müxtəlif bölmələrinə baş çəkib. Daha sonra o, tədris auditoriyalarından birində tələbələrlə görüşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri