Icma.az
close
up
RU
Azərbaycanda da qiymət artımı inzibati yolla məhdudlaşdırıla bilərmi? AÇIQLAMA

Azərbaycanda da qiymət artımı inzibati yolla məhdudlaşdırıla bilərmi? AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belarusda hökumət qiymət artımını məhdudlaşdırmaqla inflyasiyanın qarşısını almağa çalışır.

Bəs belə bir addım Azərbaycanda da tətbiq oluna bilərmi və bu, real nəticə verərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Famil Niftiyev bildirdi ki, Belarus hökumətinin qiymət artımını inzibati yollarla məhdudlaşdırmaq cəhdi inflyasiyaya qarşı mübarizədə daha çox qısamüddətli və məhdud təsir gücünə malik bir addımdır:

"Belə bir siyasət, müəyyən sosial qrupları müvəqqəti olaraq bahalaşmadan qorusa da, uzunmüddətli perspektivdə iqtisadi tarazlığa zidd təsirlər yarada bilər. Azərbaycan üçün bu məsələyə iqtisadi reallıqlar və bazar mexanizmləri baxımından yanaşmaq lazımdır. Azərbaycanda inflyasiyanın əsas səbəbləri yalnız bazar spekulyasiyaları ilə deyil, həm də idxaldan asılılıq, logistika xərcləri, enerji qiymətləri və pul siyasəti kimi amillərlə bağlıdır. Yəni qiymət artımının əsas mənbəyi daxili deyil, xarici və struktur xarakter daşıyır. Bu halda qiymət artımını inzibati qərarlarla məhdudlaşdırmaq iqtisadiyyata süni müdaxilə kimi təsir edər".

Müsahibimiz bildirdi ki, belə addımların qısamüddətli nəticəsi istehlakçılar üçün müəyyən rahatlıq gətirə bilər, məsələn, ərzaq və kommunal xidmətlərdə qiymət sabitliyi sosial gərginliyi azalda bilər.

"Lakin uzunmüddətli mərhələdə sahibkarlar üçün istehsal motivasiyasının azalması, bazarda məhsul çatışmazlığı, “kölgə bazarı”nın genişlənməsi və keyfiyyətin aşağı düşməsi kimi problemlər yaranar. Yəni inzibati qiymət nəzarəti iqtisadi tarazlığı qorumaq əvəzinə təklif tərəfini zəiflədə bilər.
Azərbaycan üçün daha real və dayanıqlı yanaşma bazar mexanizmlərini qorumaqla paralel olaraq inflyasiyanın struktur səbəblərini aradan qaldırmaq olardı. Məsələn, daxili istehsalın artırılması, kənd təsərrüfatı və logistika zəncirlərinin təkmilləşdirilməsi, rəqabətli mühitin gücləndirilməsi, həmçinin pul-kredit siyasətinin çevik idarə edilməsi inflyasiyanın kökündən qarşısını ala bilər. Yekun olaraq, Belarusdakı kimi sərt qiymət tənzimlənməsi Azərbaycanda qısamüddətli sabitlik yarada bilər, lakin bu, uzunmüddətli perspektivdə real iqtisadi nəticə verməz. Əksinə, bazarda təchizat problemləri, məhsul qıtlığı və qeyri-rəsmi ticarət artımı kimi mənfi təsirlər formalaşar. Azərbaycanda effektiv antiinflyasiya siyasəti inzibati deyil, bazar əsaslı və struktur yönümlü olmalıdır", - deyə Famil Niftiyev vurğuladı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri