“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, "Tesla” şirkətinin baş icraçı direktoru İlon Mask uçmaq qabiliyyətinə malik olduğunu bildirdiyi yeni "Roadster” modelini təqdim edib. Belə avtomobillərin gələcəkdə nəqliyyatda istifadə olunması və Azərbaycanda tətbiqi məsələsi maraq doğurur.
Bəs Azərbaycanda uçan avtomobillərin istifadəsi nə dərəcədə realdır və bu nəqliyyat vasitələrinin hərəkəti üçün hansı şərtlər yaradılmalıdır?
Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, uçan avtomobillərin Azərbaycanda istifadəsi barədə danışmaq hələ tezdir.
"Bu, bizim üçün hələ çox tezdir. Çünki bununla bağlı əvvəlcə Amerikada keçirilən sınaqların nəticələrini görməliyik. Biz hələ ilk mərhələdə avtonom sürüş avtomobilləri üçün hansı şəraitin yaradılacağını gözləyirik. Milli Məclis artıq avtonom sürüş anlayışını qanun layihəsinə daxil edib, yəni bu anlayış qanunvericilikdə öz əksini tapıb. İlk növbədə, ölkəmizdə avtonom sürüş zonaları müəyyənləşdirilməlidir. Bu avtomobillərin hansı standartlara cavab verməli olduğu və sürücüsüz nəqliyyat vasitələrinin hansı şəraitdə hərəkət edə biləcəyi dəqiqləşdirilməlidir. Bundan sonra düşünürəm ki, mərhələli şəkildə gələcəkdə bu texnologiyaya nail ola bilərik.
Amma hazırda bu barədə danışmaq hələ çox tezdir. Çünki biz Amerikada artıq bir neçə ildir tətbiq edilən avtonom sürüş texnologiyasından istifadə etməyə yenicə başlayırıq. Ona görə də düşünürəm ki, birinci mərhələni keçmədən uçan avtomobillərin tətbiqini müzakirə etməyə dəyməz”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qeyd edib ki, uçan avtomobillər müəyyən marşrutlar üzrə hərəkət edir və onların istifadəsi üçün zəruri şərtlər yaradılmalıdır.
"Uçan avtomobillər, təbii ki, müəyyən marşrutlar üzrə hərəkət edir və əvvəlcədən təyin olunmuş marşrutlarda operator tərəfindən idarə olunur. Bu proses nəzarət altında həyata keçirilir. Ona görə də düşünmürəm ki, burada hər hansı ciddi risklər var. Azərbaycanda artıq avtonom, pilotsuz və sürücüsüz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və daxili istifadəsi ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib. Buna görə də qanunvericilik bazası tədricən təkmilləşdirilir. Azərbaycanda da yaxın gələcəkdə uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir.
Uçan avtomobillər üçün xüsusi marşrut xətlərinin müəyyənləşdirilməsinə, operatorların fəaliyyətinin tənzimlənməsinə və digər zəruri şərtlərin yaradılmasına ehtiyac var. Bütün bunlar zaman keçdikcə dəyişə və təkmilləşdirilə bilər”.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Oktyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















