Azərbaycanda daha bir qida məhsulu kəskin bahalaşdı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib.
Axar.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur.
Belə ki, bir sıra rayonlarda əvvəl 12-13 manata satılan kənd toyuqları hazırda 15 manata təklif edilir.
İsmayıllıdakı satıcıların sözlərinə görə, qiymət artımı əsasən son bir ay ərzində baş verib. Onlar bildirirlər ki, mal ətinin bahalaşmasından sonra kənd toyuğuna tələbat nəzərəçarpacaq dərəcədə artıb.
Oxşar vəziyyət Tovuz bazarında da müşahidə edilir. Burada kənd toyuqlarının qiyməti çəkisindən və ölçüsündən asılı olaraq dəyişir. Satıcıların sözlərinə görə, son bir ay ərzində qiymətlərdə əsasən 1-2 manatlıq artım qeydə alınıb. Bəzi hallarda isə əvvəl 5-6 manata satılan kiçik toyuqların qiyməti 12-13 manata yüksəlib.
Bütün bölgələrdə qiymət artımı eyni səviyyədə deyil. Şirvan bazarında kənd toyuqları digər rayonlarla müqayisədə daha münasib qiymətə təklif olunur. Satıcılar bunu məhsulu vasitəçilərdən deyil, birbaşa kənd sakinlərindən almaları ilə izah edirlər.
Paytaxt bazarlarında da kənd toyuğunun bahalaşdığı bildirilir. Burada qiymətlər quşun ölçüsünə və çəkisinə görə dəyişərək 8-12 manat və daha yuxarı məbləğə çata bilir. Alıcıların sözlərinə görə, əvvəllər 5-6 manata aldıqları məhsulu indi daha baha qiymətə əldə edirlər.
Bakıda qiymət artımı ilə yanaşı, bazara çıxarılan kənd toyuqlarının sayında da azalma müşahidə olunur. Satıcılar tələbatın yüksək, təklifin isə az olduğunu bildirirlər. Onların sözlərinə görə, əvvəllər bazara gündə təxminən 1 000 ədəd kənd toyuğu gətirilirdisə, hazırda bu rəqəm 400-ə qədər düşüb.
Qeyd edək ki, ötən həftə ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 06 Oktyabr 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















