Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycanda daha bir qurumda kütləvi ixtisar: Səbəb nədir?

Azərbaycanda daha bir qurumda kütləvi ixtisar: Səbəb nədir?

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv olunduğu üçün 400-ə yaxın əməkdaş işdən azad edilib.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a işdən azad olunan əməkdaşlardan biri məlumat verib.

O bildirib ki, analıq məzuniyyətində olan, həmçinin şəhid ailəsinin üzvü olan əməkdaşlar da qurumdan çıxarılandan sonra işlə təmin edilməyiblər:

"Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi 1978-ci ildə yaradılıb, 2022-ci ilə qədər öz axarında işini davam etdirirdi. İdarə daha sonra Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birləşdirildi. İdarənin adı da Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi oldu. Lakin idarə 2024-cü ilin avqust ayında ləğv edildi. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi onun tərkibindən ayrıldı, Hidrogeoloji-Meliorativ Xidmət isə tək qaldı.

Su Ehtiyatları Agentliyi yaradıldıqda onun nəzdində Su Meliorasiya qurumu və Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi fəaliyyət göstərirdi. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi isə Su Meliorasiya qurumunun daxilində idi, çünki biz də yeraltı sulara nəzarət edirdik. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi baş idarə olduqdan sonra 2024-cü ilin dekabrın 29-da Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv edildi. O, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsinin tabeliyinə verildi. Təhvil-təslim işləri görüldü. İşçilərin isə işinə xitam verildi.

İndi isə SEDAM MMC adlı yeni idarə yaradılıb.

İşçilərin hamısı Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən işdən azad edilib. Sanki bina söküldü, hamı çöldə qaldı. 400-ə yaxın əməkdaş işdən azad edilib. Bizə öncədən gələn xəbərdarlıqdan iki gün sonra "idarənin ləğvi ilə işinizə xitam verildi" məzmunlu sənəd gəldi, hamıya da ona imza çəkdirilib. Əksəriyyətin məzuniyyət və kompensasiya pulu ödənilib. Lakin 40-a yaxın işçinin kompensasiya pulu ödənilməyib. Biz də belə güman edirik ki, kompensasiyası ödənilən işçilər yenidən işə çağırılmayacaqlar, ödənilməyənlər isə işə çağırılacaqlar. Bütün hər şey sənədləşmiş formada olduğu üçün heç kim də haqqını tələb edə bilmir. İdarəni niyə ləğv etmişik, bilmirik".

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, işçilərin bir qisminin agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulur:

"Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli Fərmanına əsasən, "Azərsu" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi yaradılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli əmri ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ və "Regional Su Meliorasiya Xidməti" PHŞ-nin strukturu və ştat cədvəli təsdiq edilib.

Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşıyır.

İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşdırılır, bəzi şöbələr ləğv edilib birləşdirilir ki, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir.

Qanunvericiliyin tələblərinə əsasən, bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunur, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onlar müsabiqə əsasında yenidən işə qəbul olunurlar. İşçilərin bir qisminin agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulur".

Xatırladaq ki, daha öncə Qarabağ Regional Təhsil İdarəsində 53 əməkdaş (metodist), Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaş (metodist), Azərbaycan İdman Akademiyasında da xeyli sayda əməkdaş vəzifəsindən azad edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Yanvar 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri