Azərbaycanda dəhşətli QƏZA: ölən və yaralananların kimliyi bilindi FOTO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "VAZ 2110" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Cəlilabad rayonunda baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1965-ci il təvəllüdlü Göytəpə şəhər sakini Əyyub Əsədov ölüb, yük avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Ağcabədi rayon sakini Orxan Səfərov isə yaralanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 05 Dekabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















