Icma.az
close
up
RU
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %ə yaxın artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 15,5 milyon ton yük, 6 milyon 941,7 min sərnişin daşınıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,3 % və 23,6 % çoxdur.

10 ay ərzində sutkada orta hesabla 386 vaqon yüklənib, 434 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,1 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Bizim Telegram kanalımıza abunə olun

seeBaxış sayı:74
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri