Icma.az
close
up
RU
Azərbaycanda distant iş Nazir müavini səbəbləri AÇIQLADI

Azərbaycanda distant iş Nazir müavini səbəbləri AÇIQLADI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya İqtisadi Forumu tərəfindən həyata keçirilən sorğuda Çevik (Flexible) İş Rejimi indikatoru təqdim olunub. Həmin indikator üzrə belə bir sual irəli sürülmüşdür: ölkənizdə şirkətlər nə qədər çevik iş rejimi mexanizmləri – məsafədən (remote) və yarım günlük iş rejimləri daxil olmaqla nə təklif olunur? Belə sorğuların cavablandırılması və COVİD19-dan sonrakı proseslər distant iş rejiminin yaradılmasına zərurət yaratdı.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü plenar iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.

Nazir müavini qeyd edib ki, Əmək Məcəlləsinin 4-cü maddənin 2-ci bəndi buna qədər də mövcud idi və orada yazılıb ki, bu məcəllə işəgötürənin xam malı, materialı və istehsalat vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir.

“Lakin biz bilirik ki, bu daha çox keçmişdə tikiş sexləri və bu kimi halları tənzimləmək üçün əlavə edilmişdi. Yəni burada iki əsas şərt var idi: İşçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanmalı və orada işçinin əmək funksiyasını öz evində yerinə yetirəcəyi qeyd olunmalı idi. İşçi, işəgötürənin təqdim etdiyi xam mal, material və istehsalat vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirməli idi.Bu şərtlərə əməl olunduqda həmin norma tətbiq edilə bilərdi”.

Artıq Əmək Məcəlləsinin 3-cü, 4-cü və 55-ci maddələrinə dəyişiklik olunub:

“3-cü maddəyə anlayış əlavə olundu ki, Məcəllədə “distant iş” anlayışı təsbit olunsun. 4-cü maddədə qeyd olundu ki, distant işləyən işçilər də Əmək Məcəlləsinin təminatları ilə tam əhatə olunması təsbit edilri. 55-ci maddədə isə distant işə dair əlavə əmək şəraiti tərəflərin razılığı ilə əmək müqaviləsində müəyyən olunur.
Bu əmək normaları məsafədən işləyənlərə də aiddir. Yəni işçi ofisə gəlmədən evdən işləyirsə, onun əməkhaqqısı, məzuniyyəti, sosial təminatları və s. əmək hüquqları tam şəkildə qorunur” – deyə nazir müavini qeyd edib.

Biz beynəlxalq təcrübəyə baxdıq və gördük ki, distant iş rejimində də işçinin həyat və sağlamlığının qorunmasına görə əsas məsuliyyət yenə də işəgötürənin üzərində qalır. Lakin bu məsuliyyət yalnız işəgötürənin nəzarət edə bildiyi sahələri əhatə edir: təqdim etdiyi avadanlıq, proqram təminatı, məlumatların mühafizəsi və onların təhlükəsiz istismar qaydalarının yazılı şəkildə işçiyə çatdırılması.

Bu necə həyata keçiriləcək? Bu məsələlər yazılı şəkildə əmək müqaviləsində əks olunur. Bu o deməkdir ki: İş yeri müəyyən olunur. Həmin yerin təhlükəsizliyi ilə bağlı əmək təhlükəsizliyi normaları müəyyənləşdirilir. Bundan sonra həmin yerdə işçi məsafədən işləyir.

Əlbəttə ki, bütün bu məsələlər Əmək Məcəlləsində müəyyən qədər çərçivələnir və sonrakı normativ aktlarda, həmçinin tərəflər arasında bağlanan müqavilələrdə daha ətraflı öz əksini tapacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri