Özcan Dəniz ifadəsində əmlaklarının sayını açıqladı
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, sərbəst buraxılan məşhurlar arasında türkiyəli müğənni Özcan Dəniz də yer alıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının narkotik istintaqı çərçivəsində verdiyi ifadə üzə çıxıb.
Məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan sənətçi ittihamları rədd edib.
Təxminən 35 ildir peşəkar fəaliyyətlə məşğul olduğunu bildirən Özcan narkotik vasitələrdən istifadə etmədiyini və bu maddələri qəbul edən şəxslərlə eyni mühitdə olmadığını deyib. O, narkotik satışına və vasitəçiliyinə heç bir aidiyyəti olmadığını vurğulayıb.
Sənətçi əmlakı ilə bağlı da açıqlama verib. O, adına 7-8 daşınmaz əmlakın və bir avtomobilin olduğunu, birjada və ya investisiya fondlarında hesabının olmadığını bildirib.
Özcan təxminən iki ildir ürək xəstəliyi səbəbindən həkim təyinatı ilə dərman qəbul etdiyini də qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 26 Noyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















