Icma.az
close
up
RU
Azərbaycanda dünyada yeni oyun qaydaları YAZIR

Azərbaycanda dünyada yeni oyun qaydaları YAZIR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan xarici siyasəti və diplomatiyası dinamik mərhələyə qədəm qoyub. Əvvəllər daha çox müdafiə mövqeyində çıxış edən və regionda baş verən proseslərə reaktiv yanaşan Bakı bu gün özünü daha təşəbbüskar və çevik diplomatik aktor kimi təqdim edir. İstər Yaxın Şərqdə, istərsə də Avropada qurulan əlaqələr diplomatiyamızın taktikadan strategiyaya doğru keçid etdiyini göstərir.

Bu konteksdə Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyada Avropa Siyasi Birliyinin iclasında, Budapeştdə Türk Dövlətləri Təşkilatının zirvə toplantısında iştirakı mühüm simvolik və siyasi anlam daşıyır.

Bakı türk dünyasında təkcə mədəni kimliklə kifayətlənmək istəmir, iqtisadi, hərbi və texnoloji əməkdaşlıqlarla bu birliyin real gücə çevrilməsinə töhfə vermək niyyətindədir. Azərbaycanın təşəbbüsü ilə baş tutan layihələr – Zəngəzur dəhlizi, Orta Dəhliz və Türk İnvestisiya Fondu kimi mexanizmlər bu yanaşmanın təzahürüdür.

İlin əvvəlindən bəri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin diplomatik səfərləri Azərbaycan xarici siyasətinin coğrafi spektrinin genişləndiyini göstərir.

Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə İrana baş tutan səfərlər Bakı-Tehran xəttində körpülərin yenidən qurulmasına xidmət edib. Bu səfərlər həm də Azərbaycanın qonşularla dialoq imkanlarını tükətmək istəmədiyini, sərt ritorikaya rəğmən münasibətlərin tamamilə pozulmasına maraqlı olmadığını göstərir.

Təsadüfi deyil ki, bu ilin aprel ayında İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edib və Tehranda səfirliyimizə hücum edən terrorçu layiq olduğunu cəzanı alıb.

Bakı artıq Yaxın Şərqdəki güc balansında passiv izləyici deyil. Ən diqqətçəkən hadisələrdən biri isə İsrail və Türkiyə rəsmilərinin Bakıda görüşməsidir. İki ölkə Bakıdakı görüşlərdən sonra yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər.

Azərbaycan bu görüşlərlə özünü sadəcə tərəf kimi deyil, həm də vasitəçi və dialoq platforması kimi təqdim edir. Bu, artıq regional diplomatiyada yeni mərhələnin başladığını göstərir.

Hikmət Hacıyevin bu həftə Brüsselə səfəri Azərbaycanın yalnız regionla deyil, Avropa İttifaqı, NATO ilə də fəal diplomatik təmaslar qurduğunu göstərir. Ermənistanla sülh gündəliyinin formalaşması fonunda baş tutan bu səfər yalnız bu məsələ ilə məhdudlaşmır. Siyasi əməkdaşlıq, enerji və təhlükəsizlik mövzuları da səfərin əsas gündəmində olub.

Qeyd edək ki, Brüssel sadəcə Aİ və NATO-nun qərargahı deyil, orada səslənən hər fikir beynəlxalq siyasi xəritəyə təsir edir. Azərbaycan məhz bu məkanda öz mövqeyini təsirli formada ifadə edir.

Brüsselə səfər göstərir ki, Azərbaycan artıq diplomatiyada hadisələrin arxasınca getmir, onları qabaqlamağa, yeni proses yaratmağa çalışır. Avropa İttifaqı və NATO ilə eyni gündə keçirilən görüşlər Azərbaycanın qlobal təhlükəsizlik platformalarında oyunçu kimi qəbul edildiyini sübut edir.

Azərbaycan diplomatiyası uzun illər "status-kvonu qoruma", "qarşı tərəfin addımlarına reaksiya vermə" modelindən çıxaraq, bu gün proaktiv, çoxşaxəli və balanslı yanaşmaya keçib. Azərbaycan regional güc balansının iştirakçısı olmaqla yanaşı bu balansı formalaşdıran aktorlardan biridir.

Siyasi cəbhədə atılan addımlar, energetika, nəqliyyat və təhlükəsizlik sahələrindəki təşəbbüslərlə üst-üstə düşür. Bu isə diplomatiyanın konkret milli maraqlara xidmət edən prosesə çevrildiyinin bariz sübutudur.

Beləliklə, dünənin  gözləmə mövqeyində dayanan Azərbaycanı artıq yoxdur. Bu gün diplomatiyamız dinamikdir, çevikdir və hesablanmış addımlar atır.

Yaxın Şərqdən Avropaya, türk dünyasından beynəlxalq təşkilatlara qədər qurulan bu yeni əlaqələr zənciri Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisini əks etdirir. Və yeni mərhələdə Bakı regional gələcəyi formalaşdırmağa çalışır.

Modern Təhlil və Araşdırma Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 May 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri