Icma.az
close
up
RU
Rusiya Azərbaycanda ikinci Fransya çevrilmək istəmirsə… AZAY QULİYEV YAZIR

Rusiya Azərbaycanda ikinci Fransya çevrilmək istəmirsə… AZAY QULİYEV YAZIR

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Rusiya Azərbaycanda ikinci Fransya çevrilmək istəmirsə deputatlarını tərbiyyələndirməli və məsuliyyətini qəbul etməlidir!

Təyyarəmizi Qroznı üzərində raketlə vuraraq qəzaya uğramasına səbəb olan Rusiya təəssüf ki, məsuliyyətdən yayınmağa və Azərbaycanın sadə və haqlı tələblərinə məhəl qoymamağa davam edir. Şübhəsiz ki, bu cür qeyri-konstruktiv davranış iki ölkə arasındakı münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olur.

Əgər bu hadisəni Rusiya yox başqa ölkə törətsəydi, əminəm ki, həmin ölkə özünü adekvat apararaq biz demədən belə, üzərinə düşəni edərdi. Lakin hələki Rusiya bunu etmək istəmir, ancaq bilməlidir ki, bu məsələ ölkəmiz və xalqımız, o cümlədən beynəlxalq ictimaiyyət üçün çox prinsipial məsələdi və öz vətəndaşlarının da həlak olduğu qəzaya görə gec-tez məsuliyyəti qəbul etməli olacaq, Azərbaycan təyyarəni vuranlar cəzalandırılmayana, AZAL-a dəymiş ziyan, o cümlədən həlak olanların ailələrinə və zərərçəkənlərə kompensasiya ödənilməyənə kimi mövqeyindən geri çəkilməyəcək. Vəziyyət bu cür davam edərsə, yaxın günlərdə Azərbaycanın məsələ ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsi və ədaləti məhkəmə vasitiəsilə bərqərar etməsi də qaçılmaz olacaqdır. Zatən, Qazaxıstanın qəza ilə bağlı yaydığı ilkin hesabatda da Azərbaycanın haqlı olduğu, təyyarəmizin Rusiya səmasında vurulduğu, hava məkanının təyyarə vurulduqdan 8 dəqiqə sonra bağlandığı qeyd olunur. Azərbaycan onsuz da bunu bilirdi və iki aya yaxındır ki, Rusiyadan sivil qaydada, ikitərəfli münasibətlərin ruhuna uyğun olaraq qaldırılan məsələlərin həllini gözləyirdi.

Lakin bu baş vermədi və Azərbaycan da dostluğun və hörmətin qarşılıqlı olması prinsipini əsas tutaraq Rusiyaya etdiyi güzəştlərə və jestlərə yenidən baxmalı oldu. Məlum oldu ki, Rusiyanın agentura şəbəkəsi kimi istifadə etdiyi “Rus evi”nin Bakıda fəaliyyəti üçün heç bir hüquqi əsas yoxdur və “ev” qeydiyyatsız fəaliyyət göstərir. Bu səbəbdən “Rus evi”nin fəaliyyəti bu gündən etibarən dayandırıldı. Yeri gəlmişkən onu da xatırlatmaq yerinə düşər ki, Rusiyanın ədliyyə nazirliyi hələ 2017-ci ildə qanuni fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmişdir. Yəni, dövlətlərarası dostluq münasibətləri qarşılıqlı olmayanda və bir-birinin milli maraqları nəzərə alınmayanda bu kimi jestlər də birtərəfli olmur və ola da bilməz. Azərbaycan bu həqiqətin nə qədər vacib olduğunu dəfələrlə nümayiş etdiribdir.

Görünür, yenə də Azərbaycanın atdığı addımlar düzgün qiymətləndirilmir. Gərginliyin artmasının qarşısını almaq, münasibətləri korlamamaq və Azərbaycanın haqlı tələblərini yerinə yetirmək əvəzinə Rusiya ölkəmizə qarşı hədə-qorxu və şantaj kampaniyasını hər keçən gün daha da genişləndirir. Bu çirkin kampaniyaya Kremlin media ruporları ilə yanaşı, hakim “Yedinaya Rossiya” partiyası deputatlarının da qoşulması ondan xəbər verir ki, Rusiyanın köhnə imperialist və şovinizm isterikası sərhəd tanımır. Bu baxımdan, Rusiya Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələri, ölkəmizə qarşı təhdid xarakterli fikirləri onun nə qədər tərbiyyəsiz, geri zəkalı və etik davranışdan məhrum olduğunu göstərir. Bu məxluqa Azərbaycanın cavabı gecikmədi və Xarici işlər nazirliyi Nikolay Valuyevin ölkəmizə girişini qadağan edərək onu “arzuolunmaz şəxslər” siyahısına daxil etdi. Bu bir daha onu göstərdi ki, Azərbaycana qarşı atılan hər addıma adekvat cavab verilir və bundan sonra da bu belə olacaq.

Başqa bir deputat, əli günahsız ukraynalıların qanına bulaşmış Andrey Pinçuk da Azərbaycana qarşı hədyanlar yağıdırıb, “Crocus” şirkətinin və “Sadovod” ticarət kompleksinin bağlanmasını və hətta müsadirə edilməsini təklif edib. Bu açıqlaması ilə Pinçuk bolşevik, irqçi və şovinist təfəkkürün Rusiya qanunvericilik hakimiyyəti nümayəndələrində nə qədər dərin kök saldığını bir daha bütün dünyaya nümayiş etdirdi. Rusiyanın hakim partiyası və ya Dövlət Duması tərəfindən adları çəkilən deputatların bu kimi sərsəm açıqlamalarına hər hansı bir etirazın olmaması onu göstərir ki, bu sözlərin müəllifi elə onların özləridir. Baxmayaraq ki, Moskva Rusiyanı ələ salan, KTMT-də fəaliyyətini donduran və Avro-atlantik məkana üz tutaraq Cənubi Qafqazda ABŞ və Avropa İttifaqının hərbi mövcudluğuna şərait yaradan Erməsnitana qarşı nəinki bu cür davranış sərgiləmir, erməniləri deport etməklə və ya onların diaspor təşkilatlarını və biznes qurumlarını bağlamaqla təhdid etmir, əksinə, Ermənistanı mükafatlandıraraq ticarət dövriyyəsini 2,5 milyard dollardan 12 milyard dollara yüksəldir.

Rusiyadakı başbilənlərə xatırlatmaq istərdim ki, Makron Fransasının qeyri-dost və düşmən mövqeyinə görə Bakıda 10 ildir fəaliyyət göstərən Fransız litseyi bağlandı, Fransanın yenimüstəmləkəçilik siyasəti dünyada ifşa edildi, Bayden rejiminin ermənipərəst və anti-Azərbaycan siyasətinə görə ABŞ-ın USAİD təşkilatının fəaliyyəti dayandırıldı. İndi də Rusiyasının Azərbaycana qeyri-dost və qeyr-adekvat münasibətinə, törətdiyi təyyarə qəzasının məsuliyyətindən yayındığına görə qeydiyyatsız fəaliyyət göstərən “Rus evi” bağlandı.

Göründüyü kimi, böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq Azərbaycan onunla pis rəftar edən, maraqlarını heçə sayan və hörmətsizlik edən istənilən ölkə ilə eyni cürə davranır, heç nədən çəkinmədən, bir növ başqaları üçün nümunə göstərərək bu ölkələrə qarşı adekvat addımlar atmağı bacarır.

Yaxşı ki, Bayden rejimi tarxə qovuşdu və Tramp hakimiyyətə gələndən sonra USAİD-ni özü cəzalandırdı və ümid var ki, Azərbaycanla da münasibətləri qarşılıqlı hörmət və maraqlar əsasında yenidən bərpa edəcəkdir. Mkaron isə nə qədər Fransanın prezidentidir Azərbaycanın Fransa ilə sıfırın altında olan münasibətlərinin düzəlməsi ehtimalı çox aşağıdır. Bu gün xalq arasında sorğu keçirilsə, Fransa ən arzulanmaz ölkə kimi birinci yerdə olar.

Təyyarə ilə bağlı yaşanan son hadisələr ictimaiyyət arasında Rusiyaya hiddəti və narazılığı ciddi şəkildə artırmaqda və onu Fransanın səviyyəsinə endirməkdədir. Ona görə də Rusiya Azərbaycanda ikinci Fransya çevrilmək istəmirsə, deputatlarını tərbiyyələndirməli, Azərbaycana qarşı hədə-qorxu və şantaj kampaniyasını dayandrımalı, münasibətlərin tamamilə korlanmasına imkan verməmək üçün qaldırılan məsələləri sivil qaydada həll etməlidir. Bu cür yanaşma ilk növbədə Risuyanın maraqlarına xidmət etmiş olar.

Azay Quliyev

Milli Məclisin deputatı 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Fevral 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri