Icma.az
close
up
RU
Azərbaycanda əhali ildə nə qədər ət yeyir?

Azərbaycanda əhali ildə nə qədər ət yeyir?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Dünya ət bazarında qlobal böhran yaşanır. 

Bu səbəbdən qiymətlər də rekord həddə çatıb.

Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2025-ci ilin iyul ayında dünyada ətin qiyməti iyuna nisbətən 1,2 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 6 faiz artıb. Elə ölkəmizdə də bu məhsulun qiymətində müntəzəm olaraq yüksəlmə müşahidə edilir.

Azərbaycan kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazasında yer alan göstəricilərə görə, 2025-ci ilin sentyabr ayının ilk həftəsində “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr” bazarında mal ətinin bir kiloqramı orta hesabla 16 manat 75 qəpiyə, quzu əti isə 21 manat 75 qəpiyə satılıb.

Bir il əvvəl bu bazarda mal ətinin bir kiloqramının qiyməti 13 manat 75 qəpik, quzu əti isə 18 manat 25 qəpik təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ət və ət məhsulları demək olar ki, hər ay bahalaşıb. İlin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8 faiz artıb. 2024-cü ildə Azərbaycanda adambaşına ət və ət məhsullarının istehlakı 45 kq təşkil edib.

Ümumiyyətlə, 60 il ərzində - 1961-2021-ci illərdə dünyada adambaşına düşən gündəlik ət istehlakı təxminən 2 dəfə artıb. Bu məlumat Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən açıqlanan hesabatda yer alıb.

Bildirilir ki, 1961-ci ildə dünyada adambaşına düşən gündəlik ət istehlakı 62,8 qram olub. 60 ildən sonra bu göstərici 117,4 qrama yüksəlib. Azərbaycanda isə ət istehlakı aşağı düşüb. FAO-nun hesabatında qeyd olunur ki, 1961-ci ildə keçmiş SSRİ-də adambaşına düşən gündəlik ət istehlakı 108,5 qram olub. 2021-ci ildə Azərbaycanda adambaşına düşən gündəlik ət istehlakı 101,8 qrama düşüb.

Keçmiş SSRİ ölkələri arasında ət istehlakının ən çox azaldığı ölkə Tacikistan və Azərbaycan olub. Qeyd edək ki, FAO-nun son hesabatına görə, dünyada adambaşına düşən gündəlik ət istehlakının ən aşağı səviyyədə olduğu 5 ölkə bunlar olub:

*Konqo - 8,3 qram
*Brundi - 9,6 qram
*Banqladeş – 11,8 qram
*Madaqasqar – 14,7 qram
*Hindistan – 15,6 qram.
Adambaşına düşən gündəlik ət istehlakının ən yuxarı səviyyədə olduğu 5 ölkə isə bunlar olub:
*Honq Konq – 402,4 qram
*ABŞ – 347,5 qram
*Nauru – 344,3 qram
*Monqolustan – 316,6 qram
*Argentina – 316,4 qram
Bundan başqa, Avropa İttifaqı ölkələrində adambaşına düşən gündəlik ət istehlakı 219,6 qram təşkil edir. 60 il əvvəl Avropa İttifaqı ölkələrində adambaşına düşən gündəlik ət istehlakı 134 qram olub. 

Avropa İttifaqı ölkələri arasında ən çox ət istehlak edən ölkə isə İspaniya hesab olunur. İspaniyada adambaşına düşən gündəlik ət istehlakı 274,9 qram olub.

OECD-FAO-nun Kənd Təsərrüfatı Görünüşü 2024-2033 adlı hesabatına əsasən, Avropada adambaşına illik ət istehlakı təxminən 34,5 kq, OECD ölkələrində isə 34,8 kq təşkil edir.

Qeyd edək ki, 31 mart 2025-ci ildə Türkiyədə 1 kiloqram ətin orta qiyməti 17,81 dollar olub. Braziliyada 5 sentyabr 2025-ci ildə bir kiloqram mal ətinin qiyməti 312,10 Braziliya Realı (BRL), Almaniyada isə 1 kq mal əti 9,99 avrodan başlayır. 

Dünyada, o cümlədən Azərbaycanda da ət qiymətləri bahalaşmasına baxmayaraq, digər ölkələrdə əməkhaqqı daha yüksəkdir. Belə ki, ABŞ-də ortaillik əməkhaqqı ştatlara görə, 40 000 – 70 000 dollar arasında dəyişir. 

2023-cü ildə ABŞ-da ortaillik əməkhaqqı 59 384 dollar olub. Ölkədə orta əməkhaqqı 2024-cü il məlumatlarına əsasən illik 64 000 dollar olaraq hesablanır.

Azərbaycanda isə Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-may ayları ərzində ölkədə muzdla işləyən işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4% artaraq 1003,3 manat təşkil edib.

Qeyd edək ki, ölkədə bütün vətəndaşlar orta aylıq əməkhaqqı almır. Azərbaycanda 2025-ci il yanvarın 1-dən etibarən minimum aylıq əməkhaqqı 400 manat müəyyən edilib. Hazırda isə ölkədə mal ətinin qiyməti 17 manat təşkil edir. Bu isə o deməkdir ki, vətəndaşların heç də lazımi qədər ət istehlak edə bilmirlər.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Ət yemək əhali

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri