Hökumətdən əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniya hökuməti fövqəladə hallara hazırlıq məqsədilə əhaliyə evdə üç günə kifayət edəcək ərzaq və içməli su ehtiyatı saxlamağı tövsiyə edib.
Lent.az xəbər verir ki, hökumətin oktyabrın 22-də elan etdiyi “Hazır ol” (“Be Ready”) kampaniyası çərçivəsində vətəndaşlara elektrik enerjisi, su, telefon və internet xidmətlərində yarana biləcək fasilələrə hazır olmaq çağırışı edilib.
Tövsiyələrə uzun müddət saxlanıla bilən ərzaqların və qablaşdırılmış suyun ehtiyatını yaratmaq daxildir. Həmçinin əlavə dəstəyə ehtiyacı olan şəxslərin müvafiq xidmətlər reyestrində qeydiyyatdan keçməsi məsləhət görülüb.
Hökumət bildirib ki, güclü fırtınalar və meşə yanğınları gündəlik xidmətlərin fəaliyyətində fasilələrə səbəb ola bilər. Əhalinin əvvəlcədən hazırlıq görməsi fövqəladə xidmətlərin yükünü azaldaraq onların daha çox yardıma ehtiyacı olan insanlara diqqət yetirməsinə imkan verəcək.
Qeyd edək ki, üçgünlük ehtiyat saxlamaq tövsiyəsi Fransada, İrlandiyada və Niderlandda da tətbiq olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 23 Oktyabr 2026 07:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















