Icma.az
close
up
RU
Azərbaycanda ekoloji dayanıqlılığın təmin olunması sahəsində mühüm nailiyyətlər əldə edilib ŞƏRH

Azərbaycanda ekoloji dayanıqlılığın təmin olunması sahəsində mühüm nailiyyətlər əldə edilib ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

“Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatına görə, Azərbaycanda dekarbonizasiya investisiyalarının diversifikasiyası ölkədə maliyyə dayanıqlığının təmin olunmasında əsas amildir. Hesabatda bildirilir ki, 2030-cu ilə qədər Mərkəzi Asiya və Qafqaz ölkələrinin iqtisadi və sosial inkişaf hədəflərinə nail olmaq üçün təxminən 120 milyard dollar həcmində investisiyaya ehtiyac duyulacaq. Bu məbləğ ümumi daxili məhsulun (ÜDM) təxminən 14 faizinə bərabər olmaqla, regionun davamlı inkişafı və rəqabətqabiliyyətinin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallı mövzunu şərh edərək bildirib ki, ölkəmiz iqlim dəyişikliyi ilə mübarizə, ekoloji dayanıqlılığın təmin edilməsi və yaşıl iqtisadiyyatın təşviqi məqsədilə karbon emissiyalarının azaldılması istiqamətində uzunmüddətli strategiyasını müəyyən edib. Milli inkişaf prioritetlərinə uyğun olaraq, 2050-ci ilə qədər karbon emissiyalarının 1990-cı il səviyyəsindən 40 faiz azaldılması hədəfdədir. Bu məqsəd Azərbaycanın Paris Sazişi üzrə götürdüyü beynəlxalq öhdəliklərin icrasına, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG-lər) uyğunluğa və regional iqlim siyasətində lider mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Ölkə rəhbərliyinin bu istiqamətdə qəbul etdiyi siyasət, milli iqtisadi inkişafı yaşıl transformasiya prinsiplərinə əsaslandıraraq ekoloji tarazlığı qorumağı, iqlim risklərini minimuma endirməyi və davamlı inkişafı təmin etməyi hədəfləyir.

Lətif Zeynallının sözlərinə əsasən, son illərdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həllinə və ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Bu strategiyanın nəticəsi olaraq, ölkədə təmiz ekoloji mühitin təmin olunması məqsədilə mövcud təbii resursların dayanıqlı və səmərəli istifadəsi, tullantıların idarə edilməsi və ekoloji infrastrukturun inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, 2024-cü ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsinə 361,8 milyon manatdan çox vəsait ayrılıb. Bu göstərici 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 50 faizdən çox artımı nümayiş etdirir və ölkənin ekoloji siyasətinə verdiyi önəmin bariz ifadəsidir.

Lətif Zeynallı xüsusilə vurğulayıb ki, hazırda Azərbaycanda atmosferə atılan istixana qazlarının azaldılması və dekarbonizasiya sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Belə ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində ölkənin təmiz ətraf mühitə malik “yaşıl artım ölkəsi”nə çevrilməsi istiqamətində çoxsaylı tədbirlər nəzərdə tutulub. Strategiyada qeyd olunduğu kimi, yaxın illərdə Azərbaycanda təbii resursların dayanıqlı və davamlı istifadəsi təmin ediləcək, ətraf mühitə uyğun sənayeləşmənin təşviqi məqsədilə tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək. Nəticədə tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin ölkə üzrə 20 faizə, regionlarda isə 10 faizə çatdırılması planlaşdırılır.

Lətif Zeynallı yekun olaraq əlavə edib ki, "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatı bir daha göstərir ki, aparılan strateji tədbirlər və dövlət dəstəyi nəticəsində Azərbaycanda ekoloji dayanıqlılığın təmin olunması, karbon emissiyalarının azaldılması və yaşıl iqtisadiyyatın təşviqi sahəsində mühüm nailiyyətlər əldə edilib. Bu nailiyyətlər ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası və ekoloji siyasətinin uğurla həyata keçirildiyini göstərir, davamlı inkişafın təmin olunması, iqlim risklərinin minimuma endirilməsi və “yaşıl transformasiya” prinsiplərinin səmərəli tətbiqi baxımından strateji əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri