Azərbaycanda Elektron Hökumətin İnkişafı İndeksinin istiqamətləri üzrə fəaliyyət planı hazırlanıb
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Azərbaycanın rəqəmsal hökumət infrastrukturunda mövcud boşluqların müəyyən edilməsi, inkişaf üçün əsas strategiyalar və konkret tədbir planlarının hazırlanması məsələləri müzakirə edilib.
"Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) istinadən xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının RİNN tərəfindən rəhbərliyi həyata keçirilən “Rəqəmsal Hökumətin İnkişafı” İşçi Qrupunun ilk iclasında baş tutub.
Bununla yanaşı, Azərbaycanın Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) reytinqini növbəti qiymətləndirmə dövrünə qədər əhəmiyyətli şəkildə yaxşılaşdırmaq məqsədilə fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün yekununda EHİİ indikatorları istiqamətləri üzrə fəaliyyət planının layihəsi hazırlanaraq ilkin olaraq razılaşdırılması üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunması qərara alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 18 Dekabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















