Qaxın turizm potensialının inkişafı üzrə yeni fəaliyyət planı müzakirə edilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 17 iyun, AZƏRTAC
Qax rayonunun turizm imkanlarının inkişaf etdirilməsi və dayanıqlı turizm modelinin formalaşdırılması məqsədilə Qax Turizm İnkişaf Planı üzrə işçi qrup əməkdaşlıq və koordinasiya məsələlərini müzakirə etmək üçün görüş keçirib.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Dövlət Turizm Agentliyi, Qax Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, assosiasiya rəhbərləri, regionda fəaliyyət göstərən turizm sənayesi və rayon bələdiyyələrinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı infrastrukturun təkmilləşdirilməsi, rəqabətqabiliyyətli turizm məhsullarının yaradılması, marketinq və rəqəmsallaşmanın gücləndirilməsi, xidmət səviyyəsinin artırılması və insan resurslarının inkişafı olmaqla, 5 əsas istiqaməti əhatə edən yeni fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin fəaliyyət planı çərçivəsində Qax rayonunun beynəlxalq turizm mərkəzinə çevrilməsi, yerli icmaların sosial və iqtisadi rifahının yaxşılaşdırılmasının hədəflər sırasında olması vurğulanıb. Hədəflərə çatmaq məqsədilə tərəfdaş qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılaraq ilkin razılaşmalar əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 17 İyun 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















