Azərbaycanda emal edilməmiş almazın sərbəst ixracına icazə verilib
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nazirlər Kabinetin 25 fevral 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İxracı və idxalı Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının "Qeyd" hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları"nda dəyişiklik edib.
Banco.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, siyahıdan emal edilməmiş almaz (ixracına münasibətdə) çıxarılıb.
Qərar Azərbaycanın "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulduğu gündən qüvvəyə minir.
Baxış sayı:167
Bu xəbər 09 Oktyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















