Din dövləti necə ələ keçirir │ İlqar Altayın şərhi
Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Bu fikirlər hüquqşünas, təhlükəsizlik eksperti İlqar Altaya məxsusdur. Onun sözlərinə görə, dini radikallar tərəfindən dünyəvi cəmiyyətin ələ keçirilməsi heç vaxt hakimiyyətin təhvil verilməsi tələbi ilə başlanmır. Əgər bu hərəkat dövlətin strukturunu dəyişdirmək istəyirsə, əvvəlcə özünə qarşı ictimai münasibəti dəyişdirmək planını qurur. Dünən müəyyən bir dini norma tamamilə qəbuledilməz hesab olunurdu, bu gün isə əvvəlcə xüsusi bir istisna kimi icazə verməyi təklif edirlər. Sabah belə normaya əməl edənlərin seçiminə hörmət tələb edəcəklər. Əks halda dövlətə qarşı hiyləgər irad başlayır: niyə dövlət onların inanclarını nəzərə almır?
Beləcə, bir neçə ildən sonra dini qaydalar tədricən və heç hiss edilmədən cəmiyyətə yeridilir, artırılır və genişləndirilir. Elə bir vaxt gəlir ki, dövlətin əvvəlki dünyəvi qaydanı qorumaq cəhdi artıq qaydasızlıq kimi görünməyə başlayır.
Ekspertin sözlərinə görə, adətən başqa bir köhnə metod da tətbiq olunur: radikalların yanında "mülayimlər" irəli buraxılır. Biri həyatın dini normalara tam tabe edilməsini kəskin tələb edir, digəri isə deyir: yox, biz yalnız müəyyən bir geyim əşyasına məktəbdə icazə verilməsini istəyirik. Və birinci ilə müqayisədə bu ikincilər ağlabatan görünürlər. Dövlət də onlarla danışmağa başlayır, kiçik məsələlərdə güzəştə gedir. Hətta onları ekstremistlərə qarşı tarazlaşdırıcı amil hesab edir. Amma hər belə güzəştdən sonra xətt bir qədər dəyişir. Bir müddət sonra “mülayimlər”in dünənki tələbi artıq sanki bir norma hesab olunur və onlar növbəti tələblər irəli sürürlər.
Bu taktika üzrə radikalizm dövlətə qarşı birbaşa hücum etmir. Ona tədricən sızmaq daha təsirli olur. Əvvəlcə ictimai müzakirə, sonra məktəb, sonra isə dövlət qurumlarına tələblər gəlir. Sonra ümumi qaydalarda istisnalar. Daha sonra isə vacib bir şey baş verir: dini qrup dövlətdən onun daxili işlərinə qarışmamağı xahiş etməyi dayandırır və özü dövlətin işlərin müdaxilə etməyə başlayır. Artıq fərdin dini geyim məhdudiyyətləri ilə deyil, ümumi qaydaların dini məzmunu ilə maraqlanır: Qadın necə görünməlidir, nəyi göstərmək məqbuldur, nələr təhqiramiz hesab olunur, hansı ailə normaları düzgün sayılır, hansı qanunlar inancla ziddiyyət təşkil edir... Radikal islamçı dindarlıq siyasi proqrama çevrilir.
Bu metod mütləq dövlət çevrilişi tələb etmir. Müasir dövlətdə hakimiyyət daha dinc yolla əldə edilə bilər: ictimai təşkilatlar və vəzifəli şəxslərə təzyiq, parlamentə, idarəetmə orqanlarına istisnaların daim yeridilməsi yolu ilə. Və müəyyən dövrdən sonra dövlət hələ özünü “dünyəvi” adlandırsa da, artıq qərarlarını mütəşəkkil dini mühitin tələblərinə uyğun qəbul etmək məcburiyyətində qalır.
Ən təhlükəli mərhələ isə dünyəvi dövlət özünü dini kəsim qarşısında doğrultmağa başladığı zaman baş verir. Artıq "bu qayda hamı üçündür" deyilmir. Qaydanın guya dindarlara qarşı yönəlmədi deyilir, kompromis axtarılır. Digər radikal tərəfinsə hər belə halda ayağı yer alır. Həyasızlıq radikalizmin mahiyyətidir.
İlqar Altay fikirlərinə belə yekun vurub: “Dünyəvi dövlət fərdlərə öz dini inanclarına uyğun davranmaq hüququnu təmin edir. Dini dövlətsə başqalarını bu inanca əməl etməyə məcbur edir. Bu iki dövlət növü arasında nadir hallarda xüsusi bir sıçrayış ya kəskin çevriliş olur. Adətən, onların arasında qəbul edildiyi an əhəmiyyətsiz görünən güzəştlər zənciri yerləşir. Yekunda bu zəncir ilan kimi tədricən və sakitcə sürünərək, o ölkəni çevrilişə gətirir. İranda İslam rejiminin yaranması məhz belə olmuşdu”.
Samir Quliyev
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:61
Bu xəbər 13 Noyabr 2026 19:33 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları