Icma.az
close
up
RU
Azərbaycanda ən çox sürülən ÇİN MAŞINLARI RƏQƏMLƏR

Azərbaycanda ən çox sürülən ÇİN MAŞINLARI RƏQƏMLƏR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanda minik avtomobillərinin ümumi sayı 2024-cü ilin sonuna olan məlumata görə 1 milyon 585 min 265 ədədə çatıb. Bu avtomobillər arasında Çin istehsalı olan markalar sürücülər arasında populyarlıq qazanır.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il ölkədə 29 456 ədəd Çin istehsalı avtomobil qeydiyyata alınıb.

Bu isə ümumi avtomobil parkının təxminən 1.86%-ni təşkil edir. Əvvəlki illərlə müqayisədə bu göstərici xeyli artım deməkdir.

Azərbaycanda ən çox istifadə edilən Çin mənşəli avtomobil markası "Changan" olub - ümumilikdə 8 950 ədəd.

Bu markanı BYD (4 083 ədəd), "Chery" (3 095), "Geely" (2 482) və "Haval" (2 655) izləyir.

Daha az sayda olsa da, "Great Wall" (885), JAC (258), FAW (1 114), "Dong Feng" (557), "Baic" (1 842), GAC (549) kimi digər Çin markaları da Azərbaycan yollarında görünür.

Çin markalarının sürətlə yayılmasının əsas səbəbləri arasında onların münasib qiymətləri, yeni texnologiyalarla təchiz olunması və hibrid-elektrik modellərinin mövcudluğu göstərilir. Məsələn, BYD və "Chery" kimi brendlər elektromobil bazarında da fəal iştirak edirlər.

Ancaq bir çoxları bu avtomobilə etibar etmir.

Nəqliyyat eksperti Bulud Bağırov saytımıza açıqlamasında bildirib ki, bu gün Almaniya istehsalı yeni avtomobillərini əldə etmək çox çətindir:

“Burada da insanların köməyinə Çin avtomobilləri çatır. Bu avtomobillər də ucuz deyil, sadəcə olaraq Almaniya istehsalı avtomobillərə nisbətən daha aşağı qiymətlərdədir. Çin avtomobillərinin alman avtomobil markaları qədər güclü olmadığı bildirilir. Amma insanın sağlamlığı avtomobilin möhkəmliyindən daha önəmlidir. Çin avtomobilləri qəza əsnasında pis vəziyyətə düşsə də, burada insanların həyatda qalması hədəflənir. Avtomobilə az ziyan dəyir, içindəki adam da ölürsə, o kimə lazımdır ki?! Çin avtomobillərinin gəlməsi problem deyil".

Ekspert qeyd edib ki, Çin avtomobillərinin gəlməsi keyfiyyətli avtomobil sayını azaltmayacaq:

“Kasıb təbəqənin isə avtomobil almağa gücü çatmır. Bu isə gömrük rüsumu ilə bağlıdır. Elektriklə işləyən avtomobillərin rüsumu digərlərindən heç də fərqlənmir. Bu rüsumun azalması deyilsə də elə deyil. Həmin rüsumlar bəzən avtomobilin öz qiymətindən baha başa gəlir. 6 min dollarlıq avtomobil gətirəndə üzərinə 5 min dollar da rüsum qoyurlar. O məbləğlər də adi işlərdə işləyən adamların çoxunda yoxdur. Almaniyadan gətirilən avtomobillər də hamısı köhnədir. Təzələri gətirməyə insanların imkanı çatmır. Vaxt keçdikcə o avtomobillərin də detalları köhnəlir, baha başa gəlir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri