Icma.az
close
up
RU
Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Azərbaycanda müəyyən kateqoriyalara aid şəxslərə sosial yardım məqsədilə aylıq və birdəfəlik müavinətlər ödənilir. Müavinətlərin təyin olunması və ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir.

BAKU.WS-in məlumatına görə, sosial müavinət almaq hüququ Azərbaycan vətəndaşları ilə yanaşı, beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmadığı təqdirdə, ölkə ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil olunur. Dövlət qulluqçularına ömürlük müavinət bu qaydadan istisnadır.

Qanunvericilikdə əmək qabiliyyətli olmayan şəxslər sırasında əlilliyi olan şəxslər, əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatmış şəxslər, eləcə də vəfat etmiş şəxsin müəyyən kateqoriyaya aid övladları nəzərdə tutulur.

Aylıq sosial müavinət kimlərə verilir?

Hazırda qanunvericiliyə əsasən aşağıdakı kateqoriyalar aylıq sosial müavinət almaq hüququna malikdir:

dövlət qulluqçuları – müəyyən edilmiş şərtlərlə ömürlük müavinət; yaşa görə müavinət almaq hüququ olan şəxslər; əlilliyi olan şəxslər; ailə başçısını itirmiş şəxslər; 3 yaşınadək uşağa qulluq edən şəxslər; müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqları; valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları və himayəçiləri; 1 yaşınadək uşağı olan aztəminatlı ailələr; vəfat etmiş Azərbaycanın keçmiş Prezidentinin həyat yoldaşı və ya öhdəsində olan uşağı; beşdən çox uşağı olan qadınlar; övladlığa götürülən uşaqlar, o cümlədən əlilliyi olan uşaqlar; himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyəsi ilə məşğul olan şəxslər.

Müavinət üçün hara müraciət etmək olar?

Müavinət almaq hüququ yarandıqdan sonra vətəndaş Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölməsinə, DOST mərkəzlərinə və ya müəyyən kateqoriyalar üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.

Müraciətə, bir qayda olaraq, qeydiyyata alındığı gündən ən geci 10 gün ərzində baxılır və müvafiq qərar qəbul edilir.

Müavinətin təyin olunmasından imtina edildiyi halda isə müraciət edən şəxsə 5 gün ərzində imtinanın səbəbləri göstərilməklə rəsmi məlumat verilməlidir. Şəxsin həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququ var.

Qanunvericiliyə əsasən, müavinət almaq hüququ yaranıbsa, ödəniş ən çoxu müraciət tarixindən əvvəlki 3 illik dövr üçün həyata keçirilə bilər.

Dövlət qulluqçularına ömürlük müavinət necə verilir?

Ayrıca qaydada dövlət qulluqçularına ömürlük sosial müavinət də nəzərdə tutulur. Bu ödəniş inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularının pensiya yaşına çatması və ya əlilliyi ilə əlaqədar könüllü şəkildə dövlət qulluğundan ayrılması zamanı müəyyən şərtlərlə təyin edilir.

Bunun üçün dövlət qulluqçusunun dövlət qulluğunda azı 15 il qulluq stajı və əmək pensiyası almaq hüququ olmamalıdır.

Müavinət ömürlük təyin edilir və şəxs yenidən dövlət qulluğuna qəbul olunduğu halda onun ödənişi dayandırılır.

Bu müavinətin məbləği dövlət qulluqçusunun işdən ayrıldığı aydan əvvəlki 12 təqvim ayı üzrə orta aylıq dövlət məvacibi əsasında hesablanır. 12 aydan az dövlət qulluğunda çalışan şəxslər üçün hesablamada faktiki qulluq edilmiş tam təqvim ayları nəzərə alınır.

Aylıq ömürlük müavinətin məbləği hesablanmış dövlət məvacibinin 15 faizini təşkil edir. Dövlət məvacibinə vəzifə maaşı ilə yanaşı, mükafatlar və müxtəlif əlavələr də daxil edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Sentyabr 2026 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri