Icma.az
close
up
RU
Azərbaycanda evdən işləmək qanuniləşəcək Deputat açıqladı

Azərbaycanda evdən işləmək qanuniləşəcək Deputat açıqladı

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə iş qrafiklərinin dəyişdirilməsi və məsafədən iş imkanlarının genişləndirilməsi son dövrlərdə daha çox müzakirə olunur. Xüsusilə kompüter və internet vasitəsilə fəaliyyət göstərən peşələr üçün evdən işləmək həm vaxt itkisini, həm də şəhərdaxili nəqliyyat yükünü azaltmaq baxımından effektiv vasitə hesab edilir. Məsələn, reportaj və çəkiliş xaricində fəaliyyət göstərən jurnalistlərlə bərabər, proqram təminatı hazırlayan İT mütəxəssisləri, rəqəmsal marketinq menecerləri, qrafik dizaynerlər və müştəri xidmətləri üzrə çağrı mərkəzi əməkdaşları da bütün işlərini evdən rahatlıqla icra edə bilərlər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, məsafədən və ya onlayn iş modeli artıq Azərbaycan qanunvericiliyində də nəzərdə tutulub:
“Bu iş formasının tətbiqi hüquqi baxımdan mümkün hesab olunur. Bununla bağlı yaxın gələcəkdə yeni mexanizmlərin hazırlanacağı gözlənilir. Özəl sektorda işin yerində və ya məsafədən təşkili birbaşa sahibkarların qərarından asılıdır. Sahibkar istədiyi halda tam onlayn iş rejiminə keçə və ya hibrid model tətbiq edərək işçilərin bir hissəsinin məsafədən, digər hissəsinin isə ofisdə çalışmasını təmin edə bilər. Bu istiqamətdə hər hansı hüquqi qadağa mövcud deyil. Əsas məsələ dövlət sektorunda çalışanların məsafədən iş rejiminə keçib-keçməməsi, eləcə də bunun hansı həcmdə tətbiq olunacağı ilə bağlıdır. Dünya təcrübəsində bu sahədə müxtəlif yanaşmalar mövcuddur”. 

O deyib ki, bəzi ölkələrdə dövlət sektorunda onlayn iş həftənin müəyyən günləri üzrə təşkil olunur:
“Məsələn, həftənin iki günü məsafədən, qalan günlər isə ofisdə çalışma formatı tətbiq edilir. Bu bölgü sektorlar üzrə də fərqlənə bilər. Məsələn, təhsil sektorunda bir gün, səhiyyə sektorunda başqa bir gün, sosial təminat sahəsində isə fərqli günlər məsafədən iş üçün müəyyən edilə bilər. Xüsusilə bir sıra Şərqi Asiya ölkələrində bu praktikadan geniş istifadə olunur. Bəzi ölkələrdə isə yanaşma işçilərin sayına əsasən formalaşdırılır. Məsələn, əməkdaşların üçdə biri məsafədən çalışır, qalan hissəsi isə iş yerində fəaliyyət göstərir. Bu model də əsasən görülən işin xarakterindən asılı olaraq tətbiq olunur.
Azərbaycanda hansı praktikanın tətbiq ediləcəyi ilə bağlı müzakirələr davam edir. Lakin qanunvericilikdə məsafədən işin təsbit olunması onu deməyə əsas verir ki, xüsusilə şəhər sıxlığının azaldılması və müəyyən xərclərə qənaət edilməsi baxımından bu modelin tətbiqi mümkündür. Eyni zamanda, bu sahədə uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsinin nəzərə alınması da istisna edilmir. Aydındır ki, məsafədən iş rejimi bütün peşə sahələrini və bütün işçiləri əhatə etməyəcək. Bununla belə, müəyyən sahələrdə çalışan əməkdaşların bir hissəsinin onlayn işləməsi real görünür. Gələcəkdə müvafiq mexanizmlər hazırlandıqdan sonra hansı istiqamətlərdə yeniliklərin tətbiq olunacağı daha dəqiq məlum olacaq”.

Beləliklə, Bakıda nəqliyyat infrastrukturunun yüklənməsini azaltmaq və əhalinin iş məhsuldarlığını artırmaq üçün rəqəmsal imkanların əmək bazarına inteqrasiyası artıq qaçılmaz tendensiyaya çevrilir. Milli Məclisin deputatı Vüqar Bayramovun açıqlamaları göstərir ki, Azərbaycan qanunvericiliyi bu növ innovativ iş modellərinin tətbiqinə tam hüquqi zəmin yaradır və yaxın gələcəkdə xüsusilə dövlət sektorunda struktur islahatlarının aparılması üçün geniş platforma formalaşır. Dünyanın qabaqcıl, xüsusilə Şərqi Asiya ölkələrinin uğurlu hibrid və məsafədən idarəetmə təcrübələrinin paytaxtın yerli şəraitinə uyğunlaşdırılması, yalnız yollardakı sıxlığı minimuma endirməyəcək, həm də həm dövlət, həm də özəl qurumların inzibati xərclərinə əhəmiyyətli dərəcədə qənaət edilməsinə şərait yaradacaqdır. Çevik idarəetmə mexanizmlərinin hazırlanması prosesi davam etdikcə, rəqəmsal əmək fəaliyyətinə keçid tempinin hansı dinamika ilə inkişaf edəcəyi və paytaxtın sosial-iqtisadi həyatına necə təsir göstərəcəyi yaxın dövrdə qəbul ediləcək konkret addımlarla tam dəqiqləşəcək./demokrat.az
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 İyun 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri