Icma.az
close
up
RU
Deputat: “Azərbaycanda iş çoxdur, işləmək istəyən yoxdur”

Deputat: “Azərbaycanda iş çoxdur, işləmək istəyən yoxdur”

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Məşğulluq və işsizlik problemi təkcə Azərbaycana deyil, bütün dünyaya xas olan ümumi bir məsələdir. Hətta inkişaf etmiş Avropa ölkələrində belə gənclərin iş tapması ilə bağlı ciddi çətinliklər mövcuddur. Bu səbəbdən xüsusilə paytaxtlarda urbanizasiya prosesi geniş vüsət alıb. Gənclər daha çox paytaxta üz tuturlar, çünki burada iş tapmaq imkanları daha yüksəkdir”. 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
O deyib ki, nəticədə regionlarda əhalinin sayı azalır, əmək resursları isə şəhərlərə yönəlir:
“Bu proses isə son nəticədə paytaxtın özündə belə iş tapmağı çətinləşdirir. Bu tendensiya qlobal xarakter daşıyır. Azərbaycanda da məşğulluq məsələsi aktualdır. Prezident İlham Əliyev 5 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə bu məsələyə xüsusi diqqət ayırdı. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi məşğulluq proqramlarının əhəmiyyətindən bəhs etdi. Hazırda minlərlə vətəndaş bu proqramlara cəlb olunmaqla işlə təmin olunur. Bununla yanaşı, bəzi hallarda təklif olunan işlərə maraq göstərilmədiyi də müşahidə olunur. Yəni iş var, lakin iş axtaran şəxs onu müxtəlif səbəblərlə qəbul etmir – maaş, iş şəraiti və ya şəxsi maraqlar uyğun gəlmir. Bu isə göstərir ki, işsizlik problemi təkcə işin olmaması ilə deyil, həm də seçim və münasibətlə bağlıdır”.
Onun sözlərinə görə, gənclər ixtisas seçərkən əmək bazarının real tələblərini nəzərə almalıdırlar:
“Əgər müəyyən sahələrə kütləvi axın olsa da, bazarda həmin ixtisaslara tələbat yoxdursa, bu, gələcəkdə iş tapmaqda ciddi problemlər yaradır. Buna görə də əmək bazarında rəqabət qabiliyyəti yüksək olan, müasir dövrün tələblərinə uyğun ixtisaslara üstünlük verilməlidir. 
Təcrübədə dəfələrlə rast gəlinib ki, iş axtaran şəxsə konkret iş təklifi olunsa da, o, müxtəlif səbəblərlə bundan imtina edir. Məsələn, Cəlilabadda kartof yığımı zamanı iki gəncin bu sahəyə cəlb edilməsi ilə bağlı sahibkarla danışılmışdı. Lakin həmin gənclər işin çətin olduğunu əsas gətirərək imtina etdilər. Halbuki sovet dövründə bu bölgədə gənclər yay aylarında ağır şəraitdə işləyir, zəhmət çəkir və qazandıqları ilə öz ehtiyaclarını ödəyirdilər. Bəzən gənclərdə tənbəllik və zəhmətdən yayınma halları müşahidə olunur. Bu da məşğulluq probleminin digər tərəfidir – iş var, amma onu görmək istəmirlər. Ona görə də məşğulluq sahəsində uğur qazanmaq üçün yalnız yeni iş yerləri yaratmaq kifayət deyil, həm də gənclərdə əmək münasibətinə düzgün yanaşmanı formalaşdırmaq vacibdir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Yanvar 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri