Icma.az
close
up
RU
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?

Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda ailə qurmaq yaşı yüksəlməkdə davam edir. 

Əvvəlki illərlə müqayisədə həm kişilər, həm də qadınlar nikaha daha gec daxil olur, ailə qurmaq qərarını isə daha yetkin yaşlara saxlayırlar. 

2025-ci ilin statistik göstəriciləri də Azərbaycanda ilk nikah yaşının müəyyən səviyyədə olduğunu göstərir. Belə ki, ötən il ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların orta yaşı isə 24,1 təşkil edib.

Bu rəqəmlər ailə qurmaq qərarının hansı yaş dövründə verildiyini gündəmə gətirməklə yanaşı, gənclərin nikaha münasibətinin və ailə modelinin zamanla necə dəyişdiyi sualını da ortaya çıxarır. Azərbaycanda həm kişilərin, həm də qadınların əvvəlki illərlə müqayisədə daha gec ailə qurması hansı sosial dəyişikliklərin göstəricisidir? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında sosioloq Naib Niftəliyev bildirib ki, ailə qurma yaşının artması dünya miqyasında müşahidə olunan tendensiyadır və Azərbaycan da bu baxımdan istisna deyil:

"Ölkəmizdə kişilərin ilk nikaha daxilolma yaşı orta hesabla 28,7, qadınlarda isə 24,1 təşkil edir. Müasir statistik göstəricilər baxımından bu yaş hədlərini normal hesab etmək olar. Digər tərəfdən, boşanmaların artması və nikahların sayının azalması daha ciddi narahatlıq doğuran tendensiyalar kimi qiymətləndirilə bilər. Nikaha daxilolma yaşının yüksəlməsi zaman amili, maddi imkanlar, karyera hədəfləri və şəxsi inkişafla birbaşa bağlıdır.

Həm qadınlar, həm də kişilər ailə qurmazdan əvvəl müəyyən rifah səviyyəsinə çatmağa, öz gələcəklərini və gələcəkdə övladlarının təminatını əvvəlcədən planlaşdırmağa çalışırlar. İnsanlar ailə həyatına daha hazırlıqlı başlamaq, maddi və sosial baxımdan sabitlik əldə etmək istəyirlər.Ümumilikdə, bu göstəriciləri digər ölkələrlə müqayisə etdikdə vəziyyəti kəskin problem kimi qiymətləndirmək düzgün olmaz.

Bununla belə, nikahların sayının azalması və boşanmaların artması cəmiyyətin diqqət yetirməli olduğu məsələlərdəndir. Nikaha daxilolma yaşının artmasını özlüyündə kəskin problem kimi qiymətləndirmək düzgün deyil. Lakin burada diqqət yetirilməli əsas məsələlərdən biri ailə institutunda baş verən dəyişikliklər, xarici vətəndaşlarla bağlanan nikahlar və boşanmaların sayıdır.

Son iki ildə xarici vətəndaşlarla nikahların sayının 5 minə yaxın olduğu, boşanmaların sayının isə 4 min 447 təşkil etdiyi bildirilir. Həmçinin, xarici vətəndaşlarla ailə quranların təxminən 80 faizinin sonradan boşandığı qeyd olunur. Bu göstəricilər ailə münasibətlərində baş verən dəyişikliklərin araşdırılmasının vacibliyini göstərir.Digər tərəfdən, ailənin maddi və mənəvi dəyərlərində baş verən dəyişikliklər zamanın tələbi və cəmiyyətdəki transformasiya ilə bağlıdır". 

Onun sözlərinə görə, texnologiyaların inkişafı, həyat tərzinin dəyişməsi və sosial şəbəkələrin gündəlik həyata inteqrasiyası insanların fərdi inkişaf və şəxsi azadlıq imkanlarını genişləndirir:

"Bu proseslər istər-istəməz ailə davranışına, ailədaxili münasibətlərə və insanların evlilikdən gözləntilərinə də təsir göstərir. Nəticədə, müasir dövrdə insanlar ailə qurmağa, ailə məsuliyyətinə və münasibətlərin davamlılığına əvvəlki dövrlərdən fərqli yanaşırlar. Azərbaycan cəmiyyətində ailə dəyərlərinin kəskin transformasiyası və yenilənməsi prosesi baş verir. Əvvəllər ənənəvi ailə modeli, nəsillərdən gələn dəyərlər və ailə bağlarının qorunması daha çox ön planda idisə, indi fərdi azadlığa, müstəqil həyata və şəxsi inkişafa üstünlük verən insanların sayı artır.

Bu dəyişikliklər bəzən ailədaxili münasibətlərdə fikir ayrılıqlarına, tərəflərin bir-birini qəbul etməkdə çətinlik çəkməsinə və kiçik məsələlərin belə münaqişəyə çevrilməsinə səbəb olur. Nəticədə, maraqların toqquşması ailə münasibətlərində gərginlik yaradan amillərdən birinə çevrilir.Bu prosesdə medianın da müəyyən rolu var. Son dövrlərdə xəyanət hallarının, boşanma statistikalarının və ailədaxili problemlərin geniş şəkildə müzakirə olunaraq gündəmə gətirildiyi müşahidə edilir.

Ümumiyyətlə, gündəmə gətirilən məsələlər həll olunmaq əvəzinə daha böyük problemə çevrilir. Əgər biz ailə problemlərini həll etmək istəyiriksə, ilk növbədə ənənəvi prinsiplərə qayıtmağa çalışmalıyıq. Bu məsələlər hüquqların pozulması yolu ilə deyil, sakit şəkildə, şərt irəli sürmədən və qarşı tərəfdən tələb etmədən, qapalı müstəvidə həll edilməlidir. Bunu sosial xidmətlərin daha effektiv tətbiqi ilə reallaşdırmaq mümkündür".

Sosioloq qeyd edib ki, bununla yanaşı, gec ailə qurmağın səbəbləri, istənilən halda, sosial-iqtisadi amillərlə bağlıdır:

"İnsanların daha yaxşı yaşamaq istəyi, davamlı sosial təhlükəsizliyin təmin olunması və sosial müdafiə tədbirlərinin gücləndirilməsi ailə modelinin də möhkəmlənməsinə kömək edə bilər".

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: evlilik Naib Niftəliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri