Icma.az
close
up
RU
Azərbaycanda fermerləri və sürücüləri gözləyən ortaq problem FOTO

Azərbaycanda fermerləri və sürücüləri gözləyən ortaq problem FOTO

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Rusiyada yanacaq qıtlığı ilə bağlı xəbərlər artıq adi hal alıb. Moskva və Peterburqda ciddi qıtlıq olmasa da, əyalətlərdə vəziyyət çətindir. Hətta ərazisi təxminən Azərbaycan boyda olan Saxalin vilayətində həftənin əvvəlindən Ai-92 markalı benzinin əhaliyə satışı dayandırılıb. Yanacağı yalnız xüsusi təyinatlı texnika (polis, təcili yardım və s.) ala bilir. Şimali Qafqazda da sürücülər saatlarla növbə gözləməli olurlar. Bəz bu vəziyyət Azərbaycana necə təsir göstərəcək?

Azərbaycandan Rusiyaya ixracatda kənd təsərrüfatı məhsulları böyük paya malikdir. İndi 2 ölkə arasında daşımalar nisbətən azalıb ki, bu da mövsümi amillərlə bağlıdır: gilas və şaftalı mövsümü geridə qalıb, pomidor və xiyar daşınması kütləvilik yaratmır. Ümumilikdə avqustun son, sentyabrın ilk həftəsi 2 ölkə arasında yükdaşımaların tempinin nisbətən aşağı düşdüyü dövrdür. Bu hal iqtisadi əlaqələrin zəifləməsi anlamına gəlmir.

Təxminən 20 gün sonra isə vəziyyət dəyişəcək. Şimal  qonşumuza xurma daşınması başlayacaq və sentyabrın sonunda intensivlik artacaq. Fermerlərimizi də narahat edən məhz budur. İnşaat materiallarından fərqli olaraq meyvə tez xarab olur. Sərhəddə günlərlə gözləmənin üzərinə Rusiya steplərində yanacaqsız qalmaq problemi də əlavə edilərsə, o zaman vəziyyətin ağırlığını təsəvvür etmək çox da çətin olmaz. Nəzərə alaq ki, Quba və ya Qusar ərazisində yanacaq doldurmuş yük avtomobili ən yaxşı halda Dağıstan ərazisini  daynmadan keçə bilər. Azərbaycan məhsullaının əsas bazarı isə Moskva, Peterburq, Kazan kimi böyük şəhərlərdir.

Sürücü təyinat nöqtəsinə çatmaq üçün azı 3 dəfə yanacaq doldurmalıdır. Hər yanacaq doldurmağa azı 3 saat (optimist hesabla) sərf edən sürücü yolda boş yerə yarım gün itirəcək. Bu da məhsulun bir hissəsinin korlanması üçün kifayətdir. Yolda itirilən saat həm də daşınma xərcinin artması deməkdir. Son nəticədə bazara çıxarılacaq məhsulun qiyməti də artacaq, alıcılıq qabiliyyəti aşağı düşəcək. 

Problem təkcə azəbaycanlı fermer və sürücülərə aid deyil. Azərbaycan üzərindən keçərək hər gün onlarla İran yük avtomobili Rusiyaya yük daşıyır. Türkiyədən də az da olsa yük avtomobilləri Rusiyaya getmək üçün Azərbaycan marşrutunu seçir. Çox yaxşı iqtisadi və siyasi münasibətlərimizin olduğu Belarusdan da Azərbaycana hər gün çox sayda yük avtomobili daxil olur.  Federsiyada yanacaq problemi davam edəcəyi təqdirdə Azərbaycanlı iş adamları, fermerlər və sürücülər də çətinliklə üzləşəcəklər. 

Sevindirici hal budur ki, benzindən fərqli olaraq Dizel yanacağı ilə bağlı çətinlik hələ böhran həddinə çatmayıb. Bəzi regionlarda Dizel yanacağının satışına limit tətbiq edilsə də, ifrat qıtlıq yoxdur. Lakin vəziyyətin nə qədər davam edəcəyi də məlum deyil. Sentyabrın 1-də yeni dərs ilinin başlaması ilə Federasiyada dizelə də tələbat artacaq. Ayın ortalarından isə Azərbaycandan daşımalar intensivləşəcək. Rusiyanın neft emalı zavodları isə hələ ya tam dayanıb, ya da tam gücü ilə işləyə bilmir. 2 zavodun yaxın 10 gündə istehsala yenidən başlaması vəd edilsə də, real görünmür.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Avqust 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri