Icma.az
close
up
RU
Azərbaycanda fərqli millətlər necə birgə yaşayır? Açıqlama

Azərbaycanda fərqli millətlər necə birgə yaşayır? Açıqlama

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyanın müxtəlif xalqları, mədəniyyətləri və dinləri arasında qarşılıqlı əlaqələr tarix boyu bəşəriyyətin inkişafında mühüm rol oynayıb. Tarixi təcrübə göstərir ki, dini və milli münaqişələr cəmiyyətlərə ciddi ziyan vuraraq parçalanmaya səbəb olub. Tolerantlığın, dialoqun üstünlük təşkil etdiyi mühitlər isə daha sabit və firavan inkişaf edib. Müasir dövrdə qloballaşma prosesi sürətləndikcə müxtəlif etnik və dini qrupların bir arada yaşaması qaçılmaz reallığa çevrilib. Bu şəraitdə dini və milli tolerantlıq yalnız harmoniya və sabitliyin təmin olunması üçün deyil, həm də cəmiyyətlərin davamlı inkişafı üçün əsas şərtlərdən biri sayılır.

Dini və milli tolerantlıq insan haqlarının qorunması, azadlıqların təmin edilməsi və ictimai harmoniyanın formalaşdırılması ilə sıx bağlıdır. Bu anlayış təkcə dözümlülük deyil, həm də fərqli inanclara, adət-ənənələrə və milli kimliklərə hörmətlə yanaşma deməkdir. Nəticədə insanlar bir-birini daha yaxşı tanıyır, birgəyaşayış mədəniyyəti formalaşır və qarşılıqlı anlaşma daha da dərinləşir.

Azərbaycanda da dini və milli tolerantlıq tarixən formalaşaraq cəmiyyətin mühüm dəyərlərindən birinə çevrilib. Ölkədə müxtəlif millətlərin, dini icmaların nümayəndələri uzun illərdir sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu mühitin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur. Azərbaycanda fərqli dinlərə məxsus ibadət ocaqlarının fəaliyyəti üçün şərait yaradılması tolerantlığın real nümunəsi kimi göstərilir. Eyni zamanda, müxtəlif milli icmaların mədəniyyətinin, dilinin və adət-ənənələrinin qorunmasına xüsusi diqqət yetirilir. Multikultural dəyərlərin təşviqi cəmiyyət daxilində qarşılıqlı anlaşmanı və həmrəyliyi gücləndirir.

Azərbaycanda dini və milli tolerantlıq mühitinin qorunması, həmçinin millətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi üçün hansı yeni addımların atılması nəzərdə tutulur?

Globalinfo.az-a danışan ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, bu gün Azərbaycanda tolerantlıq, dini, o cümlədən milli dözümlülük ənənələri yüksək səviyyədə qorunur və inkişaf etdirilir:

“Bu istiqamət dövlət siyasətinin mühüm tərkib hissəsidir və qanunvericilik müstəvisində də kifayət qədər güclü hüquqi baza formalaşdırılıb. Mövcud qanunvericilik tolerantlıq və multikulturalizm ənənələrinin daha da möhkəmləndirilməsinə geniş imkan yaradır. Eyni zamanda, dövlətin bu sahədə ardıcıl siyasəti və prinsipial mövqeyi aydın şəkildə müşahidə olunur. Dövlət rəhbərliyinin güclü iradəsi və konkret yanaşması cəmiyyətdə tolerant mühitin qorunmasına, inkişafına mühüm töhfə verir.

Eyni zamanda, təhsil və mədəniyyət sahəsində həyata keçirilən layihələr gənc nəslə tolerantlıq və qarşılıqlı hörmət dəyərlərini aşılayır. Bu yanaşma cəmiyyətdə ayrı-seçkiliyin qarşısının alınmasına və birgəyaşayış mədəniyyətinin möhkəmlənməsinə xidmət edir. Beləliklə, Azərbaycanda millətlərarası münasibətlərin inkişafı həm dövlət siyasəti, həm də cəmiyyətin ümumi dəyərlər sistemi ilə dəstəklənir”.

Ceyhun Məmmədov

Deputat bildirib ki, Azərbaycanın bu sahədə zəngin dəyərləri və köklü ənənələri mövcuddur:

“Bu dəyərlərin qorunması, daha da gücləndirilməsi üçün davamlı siyasət və məqsədyönlü tədbirlər həyata keçirilir. Nəticədə ölkəmizdə tolerantlıq və multikulturalizm mühiti möhkəmlənir. Bu da Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir. Ölkəmizdə keçirilən beynəlxalq forumlar və tədbirlər də mədəniyyətlərarası, dinlərarası dialoqun inkişafına töhfə verir. Bu təşəbbüslər Azərbaycanın tolerantlıq modelinin dünyada tanıdılmasına xidmət edir. Millətlərarası münasibətlərin sağlam əsaslar üzərində qurulması isə sosial sabitliyin möhkəmlənməsinə və cəmiyyətin davamlı inkişafına şərait yaradır. Azərbaycanda formalaşmış tolerantlıq mühiti fərqli xalqların və dinlərin nümayəndələrinin birgə, harmonik şəkildə yaşaya bilməsinin mümkün olduğunu göstərən nümunə kimi qiymətləndirilir. Bütün bunlar Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin möhkəm təməl üzərində qurulduğunu, eləcə də gələcəkdə cəmiyyətin inkişafında mühüm rol oynayacağını göstərir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Mart 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri