Icma.az
close
up
RU
Azərbaycanda fiskal dayanıqlıq və borc dayanıqsızlığı problemi aktualdır

Azərbaycanda fiskal dayanıqlıq və borc dayanıqsızlığı problemi aktualdır

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda təbii resursların idarə olunması baxımından fiskal dayanıqlıq və borc dayanıqsızlığı problemi aktualdır. SİA xəbər verir ki, bunu Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev Auditorlar Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, akademik müstəvidə fiskal dayanıqlığın altı, hətta son dövrlərdə yeddi forması müəyyən edilib.

Borc dayanıqsızlığının qarşısını almaq üçün fiskal intizamın vacibliyini vurğulayan Z.Vəliyev, bunun üçün güclü fiskal institutların mövcud olmasının önəmini qeyd edib: "Son 11 ildə hesabatlıq, audit və analitik fəaliyyətlərdə fiskal intizam əsas prinsip kimi vurğulanır. Ölkədə ortamüddətli xərclər çərçivəsi, büdcə qaydaları, fəaliyyət büdcəsi və borcun idarə olunması strategiyası kimi institut və mexanizmlər formalaşıb. 2016-cı ildən etibarən bu sahədə islahatlar həyata keçirilir və peşəkar yanaşma tətbiq olunur".

O əlavə edib ki, fiskal qaydalarla bağlı təkliflər irəli sürülüb, koronavirus (COVID-19) pandemiyası dövründə bu qaydaların müvəqqəti dayandırılmasının zəruriliyi vurğulanıb.

Z. Vəliyev strateji planlaşdırmanın dövlət maliyyəsinin idarə olunmasında yeni bir çağırış olduğunu bildirib. Onun sözlərinə görə, hökumət bu istiqamətdə ciddi addımlar atır, strateji planlaşdırma dövlət proqramlarının əsasıdır: "Strateji planlaşdırma həm də auditin əsas hədəfidir. Biz bunu Azərbaycan metodologiyası əsasında tətbiq edirik. Parlament hesabatlarını performans indikatorları üzərindən təqdim edirik, fəaliyyət hesabatlarının illik əməliyyat formalarının nəticələrini parlament üzvlərinə məruzə edirik. Audit prosesində strateji yanaşmanı əsas götürürük və iki büdcə modeli – aşağıdan yuxarı və yuxarıdan aşağı ("Top-Down Budgeting") sistemlərini tətbiq edirik. Hazırda ölkəmiz "Top-Down Budgeting" modelinə keçid edir", – deyə o qeyd edib.

O, Azərbaycanda bir sıra dövlət qurumlarının fəaliyyətində boşluqların olduğunu və bunun performans təfəkkürünün olmamasından qaynaqlandığını vurğulayıb.

Performans auditinin əsas məqsədinin dövlət xərclərinin səmərəliliyini qiymətləndirmək olduğunu bildirən şöbə müdiri, bu sahədə İNTOSAI metodologiyasına uyğun keyfiyyətə nəzarət sisteminin tətbiq olunduğunu əlavə edib.

Z. Vəliyev dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın təmin olunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Açıq Büdcə İndeksi üzrə dünyada maksimal bal alan üç ölkədən biridir. Bundan əlavə, Dünya Bankının müstəqillik indeksində Azərbaycan ikinci yeri tutur.

"Dövlət maliyyəsini idarəetmə sahəsində 64 diaqnostik alət mövcuddur və bu təşəbbüs Azərbaycanın payına düşür. Bu alətlərin tədrisə daxil edilməsi tövsiyə olunur ki, diaqnostik yanaşma inkişaf etsin. Pakistan da bizim maliyyə sahəsindəki fəaliyyətimizə yüksək qiymət verib və bu, beynəlxalq səviyyədə uğurumuzun göstəricisidir", – deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Mart 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri