Icma.az
close
up
RU
EBRD Azərbaycanda fiskal islahatları qiymətləndirib

EBRD Azərbaycanda fiskal islahatları qiymətləndirib

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan fiskal qaydaların tətbiqi sayəsində büdcə siyasətinin şəffaflığını gücləndirib.

Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2026-2030-cu illər üçün İqtisadi İdarəetmə Strategiyasında qeyd edilib.

Sənəddə qeyd olunub ki, Türkiyə və Qafqaz regionu bütövlükdə dövlət idarəetməsinin keyfiyyəti üzrə nisbətən yüksək göstəricilər nümayiş etdirir. Bununla belə, korrupsiyanın qavranılması, rəqabət səviyyəsi və dövlət müəssisələrinin idarə olunması (sonuncu göstərici ilə bağlı qiymətləndirmə Azərbaycan və Gürcüstan üzrə məlumatlara əsaslanır) kimi istiqamətlərdə geri qalma davam edir.

Regionda təbii ehtiyatların idarə olunması birmənalı olmayan nəticələrlə xarakterizə olunur. Azərbaycan xüsusilə, Dövlət Neft Fondunun fəaliyyətini tənzimləyən fiskal qaydaların tətbiqi hesabına şəffaflığı və büdcə intizamını artırıb. Eyni zamanda, Cənub və Şərqi Aralıq dənizi (SEMED) ölkələrində dağ-mədən sahəsində zəif idarəetmə göstəriciləri qeydə alınır, üstəlik, 2016-2024-cü illərdə geriləmə müşahidə edilib.

Bankın qiymətləndirməsinə görə, aydın fiskal və normativ mexanizmlər tətbiq etmiş resurslarla zəngin ölkələr daha böyük makroiqtisadi sabitliyə və hesabatlılığa nail olublar. Müvafiq islahatlar aparmayan dövlətlər isə hələ də qeyri-effektiv idarəetmə üzrə yüksək risklərlə üzləşirlər.

Məlumata görə, EBRD strategiya layihəsi üzrə ictimai məsləhətləşmələrə başlayıb. Sənəd 2026-cı il martın 28-nə qədər şərhlər üçün açıqdır.

Bankın 2026-2030-cu illər üzrə strateji və kapital bazasına əsasən, iqtisadi idarəetmə "yaşıl iqtisadiyyat"a keçid, insan kapitalının inkişafı və bərabər imkanların təmin edilməsi ilə yanaşı fəaliyyətin üç əsas istiqamətindən biri kimi müəyyən edilib. Strategiya səmərəli fəaliyyət göstərən bazar iqtisadiyyatlarının formalaşdırılmasına yönəlmiş uzunmüddətli sistemli dəyişikliklərin gücləndirilməsinə istiqamətlənib.

"Bankın unikal biznes modelini - siyasət və investisiya sahəsindəki islahatların sıx inteqrasiyasını - məqsədyönlü əməliyyat yanaşması ilə birləşdirən strategiya, iqtisadi idarəetməni sistemli bazar islahatları üçün transformasiya vasitəsi kimi mövqeləndirir. Bu, regionlarımıza açıqlıq, innovasiyalar və yeni imkanlarla xarakterizə olunan gələcəyə keçməyə kömək edəcək", - sənəddə vurğulanıb.

Bu il yanvarın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 895 milyon avro dəyərində qiymətləndirilir. Bunun 40 %-i özəl sektorun payına düşür. Hazırda Azərbaycanda EBRD-nin 36 layihəsi aktivdir. Ümumilikdə EBRD ölkədə 201 layihənin həyata keçirilməsinə 3,612 milyard avro investisiya yatırıb.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://banco.az
archiveBu xəbər 18 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri