Icma.az
close
up
RU
Azərbaycanda sabit makroiqtisadi mühit və güclü fiskal dayanıqlıq “Franklin Templeton”la əməkdaşlıqda əsas faktorlardır

Azərbaycanda sabit makroiqtisadi mühit və güclü fiskal dayanıqlıq “Franklin Templeton”la əməkdaşlıqda əsas faktorlardır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 sentyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qarşı tərəfin müraciəti əsasında baş tutan görüşdə qlobal investisiya mühiti, inkişaf etməkdə olan ölkələrin kapital bazarlarına çıxış imkanları və beynəlxalq tərəfdaşlıqların iqtisadi transformasiyada rolu ətrafında fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycanla bu şirkət arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

Cenni Conson ölkəmizin son illərdə həyata keçirdiyi iqtisadi layihələrin və inkişaf istiqamətində gördüyü tədbirlərin beynəlxalq kapital üçün mühüm imkanlar yaratdığını, eyni zamanda, Azərbaycanda investorlar üçün formalaşmış sabit və əlverişli mühiti yüksək qiymətləndirərək, bunun uzunmüddətli tərəfdaşlığa möhkəm zəmin yaratdığını qeyd edib.

“Franklin Templeton” ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ildən etibarən əməkdaşlığa başlayıb. Hazırda ARDNF-ın “Franklin Templeton” tərəfindən idarə olunan səhm portfelinin ümumi dəyəri təxminən 677 milyon dollar təşkil edir. Mövcud tərəfdaşlıq ölkəmizin kapital bazarlarının dərinləşdirilməsi, regionun investisiya potensialının gücləndirilməsi və dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı görüş zamanı “Franklin Templeton”un alternativ investisiya sahəsindəki zəngin təcrübəsinə və xüsusilə region ölkələrində həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətinə toxunaraq, bu istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Qeyd edək ki, 1947-ci ildə ABŞ-da təsis edilən “Franklin Templeton” şirkəti hazırda 1,6 trilyon dollara yaxın aktivləri idarə etməklə dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri hesab olunur. Şirkətin idarə etdiyi aktivlərin həcmi qlobal idarə olunan aktivlərin 1,3 faizinə bərabərdir. “Franklin Templeton” 30-dan çox ölkədə fəaliyyət göstərən 70-ə yaxın ofisə malikdir və 170-dən çox ölkədə milyonlarla institusional və fərdi müştərinin vəsaitlərini idarə edir. Müştəri bazasına aparıcı suveren sərvət fondları, iri pensiya və sığorta fondları, beynəlxalq banklar, nüfuzlu universitetlərin fondları və yüksək kapitala malik ailə ofisləri daxildir. Şirkət həm inkişaf etmiş maliyyə bazarlarında, həm də inkişaf etməkdə olan ölkələrdə güclü mövqeyə sahib olmaqla, xüsusilə Asiya və Latın Amerikası kimi sürətlə böyüyən bazarlarda aparıcı investor statusunu qazanıb.

2025-ci ildə “Franklin Templeton” alternativ investisiyalar üzrə qlobal mövqeyini gücləndirərək Avropada 5 milyard avrodan artıq aktivləri idarə edən “Apera Asset Management” şirkətini satın alıb. Bu əməliyyat nəticəsində şirkətin alternativ kredit portfeli 87 milyard dollara çatıb, ümumi alternativ investisiya platforması isə təxminən 260 milyard dollar səviyyəsinə yüksələrək “Franklin Templeton”u dünyanın iri və dinamik alternativ aktiv menecerləri sırasında möhkəmləndirib.

Şirkət qonşu region ölkələrində də strateji investisiya layihələri həyata keçirərək özəl sektora beynəlxalq kapitalın cəlbini gücləndirməyə dəstək olur. “Franklin Templeton” Türkiyədə orta böyüklükdə şirkətləri dəstəkləmək üçün yaradılmış “Templeton Türkiye Fund II” özəl səhm fondunu idarə edir. Bu fonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 40 milyon avro və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təxminən 25 milyon dollar həcmində kapital qoyub.

Bundan başqa, “Franklin Templeton” ölkənin mebel sənayesində tanınmış brendlərdən biri olan “Doğtaş Kelebek Mobilya” şirkətinə sərmayə yatıraraq istehsal və istehlak bazarlarının inkişafına töhfə verib.

“Franklin Templeton” şirkəti Azərbaycana bir neçə əsas istiqamətdə töhfə verə bilər. İlk növbədə, infrastruktur və daşınmaz əmlak sahəsində “Clarion Partners”in çoxillik təcrübəsi ölkəmizdə logistika, yaşayış və kommersiya obyektləri, həmçinin enerji infrastrukturu üzrə beynəlxalq investor marağını gücləndirə bilər. Bərpaolunan enerji sahəsində “Franklin Templeton”un qlobal tərəfdaşlıqları (məsələn, “Copenhagen Infrastructure Partners” ilə əməkdaşlıq) Azərbaycanın yaşıl enerji gündəliyinə, xüsusilə günəş və külək layihələrinin maliyyələşdirilməsinə dəstək verə bilər.

Şirkətin gələcək əməkdaşlıq üçün Azərbaycanı seçməsi təsadüfi deyil. “Franklin Templeton” ilk növbədə, ölkəmizin sabit makroiqtisadi mühiti, güclü fiskal dayanıqlığı, strateji coğrafi mövqeyi və şaxələndirilmiş iqtisadi inkişaf gündəliyini əsas faktorlar kimi qiymətləndirir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində formalaşan şəffaf və investor dostu mühit, kapital bazarlarının mərhələli şəkildə liberallaşdırılması və beynəlxalq tərəfdaşlıqlara açıq yanaşma, “Franklin Templeton” kimi institusional investorlar üçün Azərbaycanda uzunmüddətli iştirakı cəlbedici edir.

Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qlobal portfellər üzrə artan strateji yanaşması və dayanıqlı, məsuliyyətli investisiyalara verdiyi önəm də bu əməkdaşlığın təməlini təşkil edir. Şirkət, həmçinin Azərbaycanın Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq regionları ilə iqtisadi əlaqələrinin genişlənməsini, onu gələcəkdə regional investisiya və maliyyə mərkəzinə çevrilmək potensialı kimi dəyərləndirir. Məhz bu amillər “Franklin Templeton”un Azərbaycanla daha sıx əməkdaşlıq qurmaq istiqamətində konkret addımlar atmasına zəmin yaradıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri