Icma.az
close
up
RU
Azərbaycanda hamının içdiyi narkotik tərkibli QRİP DƏRMANLARI:SİYAHI

Azərbaycanda hamının içdiyi narkotik tərkibli QRİP DƏRMANLARI:SİYAHI

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycanda satılan bəzi qrip dərmanlarında, preparatlarda, qrip tozlarında (paraşok) narkotik vasitə və psixiotrop maddələrin olması barədə məlumat var.

Bizim.Media xəbər verir ki, hətta, bir sıra iş yerlərində narkotik testi zamanı narkotik aludəçisi olmayan şəxslərdə analizlər müsbət çıxıb. Bu isə həmin şəxslərin işlərini itirməsi ilə nəticələnib.
Araşdırmadan sonra məlum olub ki, bu şəxslər narkoman deyil və qrip dərmanlarından istifadə ediblər. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirdilər ki, bəzi qrip dərmanlarının tərkibində narkotik vasitə və psixiotrop maddələr var.
Hazırda Azərbaycan Respublikasının ərazisində 19 ticarət adı ilə belə mürəkkəb tərkibli dərman vasitələri dövlət qeydiyyatına alınıb, bunlardan on ikisi həkim resepti əsasında buraxılır.
19 dərmanın 6-sı qrip və soyuqdəymə əleyhinə istifadə olunur. Tərkiblərində narkotik vasitə olan kodein (codeine) mövcuddur və qanunvericiliyə görə nəzarətdə saxlanılmır. Dərmanlar bunlardır: Kaffetin, Paraferin, Pentalgin®-N, Kodelak®, Piralgin Neo, Kodefrin. Bunlardan ilk ikisi reseptsiz, qalanları reseptlə buraxılır.
Ajans.az-ın sorğusuna cavabda bildirilir ki, ümumiyyətlə ölkə ərazisinə dünyanın qabaqcıl dərman istehsalçıları tərəfindən idxal olunan bəzi mürəkkəb dərman vasitələrinin tərkibində kompleks müalicənin aparılması məqsədilə müəyyən faiz nisbətində narkotik vasitələr və psixotrop maddələr mövcuddur:
‘’Buna misal olaraq, tərkibində narkotik vasitə kodein və psixotrop maddə fenobarbital olan mürəkkəb tərkibli dərman vasitələrini göstərmək olar. Kodein tibdə əsasən ağrıkəsici (analgetik) və öskürək əleyhinə (antitussiv), fenobarbital isə antikonvulsant (qıcolma əleyhinə), sedativ (sakitləşdirici) və yuxugətirici dərman kimi istifadə olunur.
 

Məlumat üçün bildiririk ki, tərkibində kodein olan dərman vasitələri 1961-ci il tarixli "Narkotik vasitələr haqqında" Beynəlxalq Konvensiyanın 3-cü siyahısına daxil edilib. Onların qanuni tibbi istifadəsi, miqdarı, sui-istifadə edilmə ehtimalı və həmin maddələrin asanlıqla bərpa oluna bilməyəcəyi (dərman vasitələrinin tərkibindən çıxarılması) səbəbindən, həmin Konvensiya ilə nəzərdə tutulan bəzi nəzarət tədbirlərindən azad edilib.


Həmçinin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ saylı Qanununa görə, kodein ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin, fenobarbital isə dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına daxil edilib, lakin başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarət tədbirlərindən azad edilib.
Əlavə olaraq diqqətinizə çatdırmaq istərdik ki, 01.01.2024-cü il tarixindən etibarən ölkə ərazisində "Elektron Resept" sisteminə keçid başlanılıb. Elektron reseptin üstünlüklərindən biri sistem üzərindən xəstəyə dərman vasitəsi təyin olunmamışdan əvvəl diaqnozun təyin olunmasıdır. Həmçinin, pasiyent üçün tərtib olunan elektron resept özündə resepti yazan həkim və pasiyentə dair məlumatları daşıyır. Vətəndaş elektron resept vasitəsilə aptekdən dərman vasitəsini əldə etdikdə, sistem üzərindən həmin reseptin aktivlik statusu itir. Bu, bir reseptlə bir neçə aptekdən təkrar olaraq eyni dərman vasitəsinin əldə edilməsinin qarşısını almaqla yanaşı, dərman vasitələri üzərində nəzarətin həyata keçirilməsində əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, məlumatda göstərilən "Coumadin" adlı məhsul mövcud qanunvericiliyə uyğun olaraq dərman vasitəsi kimi dövlət qeydiyyatına alınmayıb və dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyib.
Nəzərinizə çatdırırıq ki, məqalədə qeyd olunan dövlət qeydiyyatına alınmayan həmin məhsulun ölkəyə qeyri-qanuni idxalı və satışının təşkilinin araşdırılması istiqamətində tərəfimizdən keçirilən plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar zamanı mövcud qanunvericiliyin tələblərinə uyğun lazımi tədbirlər görüləcəkdir’’.
Ümumiyyətlə, özəl tibb müəssisələrində və aptek təşkilatlarında baş verən qanun pozuntularına rast gəldikdə, vətəndaşlar AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 07 12), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir. (Mənbə:Ajans.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:435
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Mart 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri