Icma.az
close
up
RU
Azərbaycanda hava ilə bağlı hansı hallarda işlər dayandırılmalıdır?

Azərbaycanda hava ilə bağlı hansı hallarda işlər dayandırılmalıdır?

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabah hava necə olacaq?


Azərbaycanda bu il üçün soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq. 

İşlərin dayandırılması üçün hava şərti

Qarlı-şaxtalı hava ilə əlaqədar bir sıra universitetlər sabah dərslərin onlayn formada keçiriləcəyini elan edib. Digər tərəfdən, soyuq hava ilə əlaqədar hansı hallarda bütün növ işlərin dayandırılmalı olması ilə əlaqədar suallar ortaya çıxmaqdadır. 

Soyuq havada işlərin dayandırılması üçün - 10 dərəcə şərti var

Əmək Məcəlləsinə əsasən, havanın temperaturu selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir.

Fasiləsiz istehsal müəssisələrində iş necə təşkil olunur?

İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.

İlin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur selsi ilə müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.

İşlərin dayandırılmasında külək amili 

 Milli Hidrometeorologiya Xidməti fevralın 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Sarı xəbərdarlığa uyğun olaraq Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Neftçala, Salyan, Qusar, Qobustan, Lerik, Yardımlı, Astara, Lənkəran, Masallıda qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Başqa sözlə, küləyin sürətinin ballarla ölçüldüyü Bofort şkalasına əsasən, mümkün ən güclü küləyin sürəti 12 bal ola bilər. Küləyin sürəti müxtəlif effektlərlə əlaqələndirilir. Ancaq ümumilikdə, Bofort şkalasında küləyin sürəti  5–7 m/san olarsa, 4 bal sayılır. Küləyin sürəti 12–15 m/ san olarsa, 7 bal, 18–21 m/san olarsa, 9 bal, 29 m/san olarsa, 12 bal ola bilər. Yəni sabah küləyin gücü 3 baldan yuxarı olacaq.

Sabah dağlıq rayonlarda açıq havada işlər dayandırıla bilər

Beləliklə, qanunvericilik soyuq havada qapalı məkanlarda işlərin dayandırılmasını nəzərdə tutmur. Yalnız havanın temperaturu selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırıla və ya işçilərə isinmək üçün fasilələr verilə bilər. 

Bir sözlə, sabah yalnız 13-18 dərəcə şaxta olacaq dağlıq rayonlarda açıq havada bütün növ işlər dayandırılmalı və ya işçilərə isinmək üçün fasilələr verilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Fevral 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri