Icma.az
close
up
RU
Azərbaycanda hava limanları və aerodromların inşası iki qurumla razılaşdırılacaq

Azərbaycanda hava limanları və aerodromların inşası iki qurumla razılaşdırılacaq

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Hava limanları və aerodromların inşası və yenidən qurulması iki qurumla razılaşdırılacaq.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təqdiqlədiyi “Hava limanları və (və ya) aerodromların layihələndirilməsi və istismarına dair tələblər”də əksini tapıb.

Hava limanları və aerodromların inşası və yenidən qurulması zamanı tikinti layihələrinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq mülki aviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə Müdafiə Nazirliyi ilə razılaşdırılması həyata keçiriləcək.

Tikinti layihələri beynəlxalq sənədlərin, Şəhərsalma və Tikinti Məcəlləsinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, eləcə də aşağıdakı məlumatlar daxil edilməklə hazırlanacaq:

- hava limanı və (və ya) aerodromun perimetri üzrə quraşdırılmış mühafizə hasarlarının yeri;

- “WGS-84” üzrə “DD°MM'SS.s” formatında obyektin coğrafi koordinatları;

- hava limanının və (və ya) aerodromun yerləşdirilməsi planlaşdırılan ərazidə yer səthinin mütləq (dəniz səviyyəsindən) hündürlüyü;

- aerodromun istinad kodu;

- istifadə olunacaq ən kritik hava gəmisi;

- aerodromun fiziki xarakteristikaları;

- aerodromda istifadə olunan vizual vasitələrin yerləşməsi;

- xilasetmə və yanğınsöndürmə üzrə aerodromun kateqoriyası;

- yanğın deposunun yeri;

- elektrik sistemlərinin dizaynı;

- elektrik mənbələri.

Aerodrom istismarçıları tərəfindən iqtisadi məqsədəuyğunluq, nəqliyyatla bağlı gələcək planlar və hava gəmisi istismarçılarının cari və gələcək dövr üçün tələbləri nəzərə alınmaqla, sertifikatlaşdırılmış hava limanının (və ya aerodromun) ölçüsündən, mürəkkəbliyindən və rolundan asılı olmayaraq “Doc 9184, hava limanının planlaşdırılması təlimatı”na uyğun uzunmüddətli inkişaf planı tərtib olunmalıdır. Nəqliyyat tutumunun gözləniləndən çox olmasının, hava və iqlim şəraitinin dəyişməsinin, habelə təhlükəsizlik və ya ətraf mühitin mühafizəsi ilə bağlı problemlərin həllinə yönəlmiş irimiqyaslı işlərin görülməsinin hava limanı (və ya aerodromda) hava əlaqələrinə və hava nəqliyyatı sahəsində fəaliyyətə mane olması səbəblərindən hava limanının (və ya aerodromunun) buraxılış qabiliyyəti az olduqda aerodrom istismarçısı tərəfindən hava limanının (və ya aerodromun) uzunmüddətli inkişaf planı tərtib edilə bilər. Uzunmüddətli inkişaf planı mərhələli tətbiq planı daxil edilmiş prioritetlər cədvəlini özündə ehtiva etməli, cari və gələcək hava limanı (və ya aerodrom) hərəkətliliyi nəzərə alınmaqla tədricən yenilənməlidir.

Aerodrom istismardan əvvəl sertifikatlaşdırılmalı və aerodromun istismarına dair təlimat olmalıdır. Aerodrom Təlimatının məqsədi aerodromun xidməti personalına aerodromda hava gəmilərinin istismar edilməsinin təhlükəsiz olması üzrə öz

vəzifələrini effektiv qaydada icra etmək imkanı vermək üçün zəruri ola biləcək tələb və göstərişləri təmin etməkdir. Aerodromun istismarı zamanı alternativ tədbirlər, əməliyyat prosedurları və istismar tələbləri Aerodrom Təlimatında ətraflı təsvir olunmalı, aerodromun yerləşdiyi ərazi, vasitələr, avadanlıqlar, xidmətlər, istismar prosedurları, qəza planlaşdırması, təhlükəsizliyin idarə edilməsi sistemi daxil olmaqla, təşkilati struktur və idarəetmə sistemi ilə əlaqədar müvafiq məlumatları əhatə etməli və mütəmadi nəzərdən keçirilməlidir. Aerodrom istismarçısı hava gəmiləri üçün yanacağın saxlanması və paylanması ilə məşğul olan təşkilatların hava gəmilərinin təmiz və müvafiq tələblərə uyğun yanacaqla təmin olunmasını nəzərdə tutan prosedurlara malik olmasını yoxlamalıdır.

Aerodrom işlərinin istismar, texniki xidmət və təkmilləşdirmə ilə əlaqədar aerodromdakı bütün digər fəaliyyətlərlə koordinasiya edilməklə həyata keçirilməsinə dair məsələləri müəyyən edən iş planı tərtib olunmalı və aidiyyəti üzrə qurum tərəfindən təsdiq edilməlidir.

İş planını tərtib edərkən aerodrom istismarçısı aşağıda qeyd edilən maraqlı tərəflərlə məsləhətləşmələr aparmalıdır:

- aerodromdan istifadə edən hava gəmisinin istismarçıları;

- aerodromun dispetçer məntəqəsi;

- görüləcək işin miqyası və təsiri, habelə aerodromda hava gəmisi ilə yerinə yetirilən əməliyyatların uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aerodromdakı Xilasetmə və Yanğınsöndürmə Xidməti (iş planı fəaliyyətinə təsir etdiyi halda).

Aerodrom istismarçısı Aeronaviqasiya İnformasiya Xidmətlərini, aerodromun dispetçer xidməti orqanını, hava gəmisinin istismarçılarını, eləcə də aerodromun digər istifadəçiləri və xidmət təminatçılarını görülməli işlərin miqyası və müddətlərini göstərən, aydın başa düşülən və təfsilatlı bildirişlə təmin etməlidir. İş planı işlərin yerinə yetirilməsi müddəti ərzində və ya bu işlər tamamlandıqdan sonra meydana gələ biləcək hər hansı xüsusi tələblər və ya məhdudiyyətlərin təfsilatlarını nəzərdə tutmalıdır. İş planı işlərin yerinə yetirildiyi müddət ərzində qəza vəziyyətləri və ya əlverişsiz hava şəraitlərinin baş verdiyi zaman həyata keçirilməli olan xüsusi tədbirlərin təfsilatlarını nəzərdə tutmalıdır.

Aerodrom istismarçısı aerodrom işlərinin həyata keçirildiyi müddət ərzində aerodromun hava gəmisi ilə yerinə yetirilən əməliyyatlara qapalı olmasını təmin etdiyi halda iş planı tələb olunmur.

Aidiyyəti üzrə qurum, hava gəmisinin istismarçısı, aerodromun bağlanmasının təsirinə məruz qala biləcək bütün digər şəxslər aerodromun bağlanmasına dair əsaslandırılmış aerodrom istismarçısından bildiriş almalıdır. Aerodrom istismarçısının aerodromun hava gəmisi ilə yerinə yetirilən əməliyyatlara qapanmasını təmin etməsi üçün bu barədə məlumatı özündə əks etdirən Aeronaviqasiya Məlumatlar Toplusuna (bundan sonra – AİP) daxil edilənədək məlumatların dərc olunduğu sənəd (AİP-ə Əlavə) və ya belə qapanmadan 14 (on dörd) iş günü əvvəl Aeronaviqasiya Məlumat Xidmətinin heyətə vaxtında çatdırılması mühüm olan məlumatlardan ibarət bildirişlər (NOTAM) verilməlidir. Manevr sahəsinə dəymiş zərəri bərpa etmək və ya maneəni aradan qaldırmaq məqsədilə qəza hallarında yerinə yetirilən aerodrom işləri üçün və ya belə aerodrom işi hava gəmisi ilə yerinə yetirilən əməliyyatlara hər hansı məhdudiyyətin qoyulmasını tələb etmədiyi hallarda iş planının mövcud olması tələb olunmur. Aerodromları layihələndirən zaman Aerodromun İstinad Kodu (kod rəqəmi və hərfi) seçilməli və təyyarələrin xarakteristikalarına uyğun müəyyən edilməlidir. Aerodromun qurğu və vasitələri həmin təyyarələr üçün nəzərdə tutulmalıdır. Aerodromun İstinad Kodu aerodromda istismar edilməsi üçün nəzərdə tutulan təyyarələrə uyğun olan bir sıra aerodrom vasitələrini təmin etmək məqsədilə aerodromların xarakteristikaları ilə əlaqədar çoxsaylı xüsusiyyətlərin bir-biri ilə qarşılıqlı əlaqəyə girməsini təmin etməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri