Icma.az
close
up
RU
“Azərbaycanda heç bir təşkilat faizsiz borc vermir” Əkrəm Həsənov

“Azərbaycanda heç bir təşkilat faizsiz borc vermir” Əkrəm Həsənov

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Ölkədə faizsiz borc əldə etmək üçün nə kimi maneə, problem var?

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan tanınmış hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qanunla faizsiz borcun əldə olunmasında maneə problem yoxdur:

“Qanunla faizsiz borcun əldə olunmasında maneə problem yoxdur. Əsas odur ki, o faizi, borcu ona kimsə versin. İndiki dövrdə də onu heç kəs vermir. Yalnız əlbəttə dost, tanış verə bilər. Amma Azərbyacanda heç bir təşkilat borc vermir. Çünki onun özünə o pul faizsiz başa gəlmir. Ümumiyyətlə müasir pul faizlidir. Hər rübdə 1 dəfə biz eşidirik. Mərkəzi bank uçot dərəcəsini dəyişdi, yəni endirdi qaldırdı. Uçot dərəcəsi elə pulun qiymətidir. Yəni Azərbaycanda pulu kim buraxır? Mərkəzi bank. O da banklara pulu kredit kimi faizlə buraxır. Pul özü faizlidir. Buna görə heç kəsə sərf etmir ki, pulu faizsiz versin”.

Ekspert vurğulayıb ki, Mərkəzi banklar bütün dünyada təminatsız pulu buraxırlar:

“Digər tərəfdən hətta biz bankomatdan pulu nağdlaşdıranda görürsünüz ki, bank sizdən komissiyya tutur. Ona görə ki, banklar özləri Mərkəzi bankdan pulu pulla alır. Yəni komissiyadan alır. Ona görə onlar sizə onu  komissiyadan verir. Başqa bir tərəfdən heç sadə vətəndaşa da, sizə də sərf etmir ki, kiməsə faizsiz pul verəsiz. Çünki daim inflaysiya gedir. Qiymətlər artır. Sizin bu gün əlinizdə, cibinizdə olan 100 manat bir neçə aydan sonra həmin 100 manat deyil. Siz artıq o pulla, o məbləğlə bir neçə ay əvvəlki olan mal və xidmətləri əldə edə bilmirsiz. Qiymətlər daim qalxır. Bu bütün dünyada hökmran olan müasir maliyyə sistemidir. Çünki Mərkəzi banklar bütün dünyada təminatsız pulu buraxırlar. Əvvəllər qızıla bağlı idi. Mərkəzi bankın nə qədər qızılı var idi, o qədər də pul buraxa bilərdi. Ancaq indi belə deyil . Ona görə pulun qiymti daim dəyərdən düşür. Bu da  heç kəsə sərf etmir. İslam bankçılığı var. Bəli, İslam  bankı  faizsiz işləyir. Amma şərikli işləyir. Yəni İslam bankı harasa pul verəndə, faiz istəmir. Pulu biznesə qoyur, deyir əgər biznes gəlirli olsa, sən mənə müəyyən gəlir verəcəksən, olmasa yox. Amma insanlara faizsiz kredit vermək, hətta İslam bankçılığı belə olsa, bu artıq xeyriyyəçilikdir. İndiki dövrdə faizsiz pul vermək özü xeyriyyəçilikdir. Çünki sən dəyərdən düşən pulu faizsiz verirsən”.

Günel Həsənova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Avqust 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri