Icma.az
close
up
RU
Azərbaycanda hepatit xəstələrinin sayı AÇIQLANDI

Azərbaycanda hepatit xəstələrinin sayı AÇIQLANDI

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Hər il 28 iyul “Ümumdünya Hepatitlə Mübarizə Günü” olaraq qeyd edilir.

2010-cu ildən etibarən bu günün hər il iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum tarixi ilə əlaqədardır.

Sürətlə artan xəstəliklər qrupuna aid edilən hepatitin A, B, C, D, F və başqa növləri var. Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir.Digər hepatitlərdə olduğu kimi, hepatit C-də həm parental-venadaxili infuziya yolu ilə, həm də qeyri-parental (cinsi yolla) və transplasentar (anadan körpəyə) yoluxma yolu ilə keçə bilər.

Xəstəliyin ilkin spesifik əlamətləri olmasa da, əsasən iştahasızlıq, yorğunluq, zəif ürəkbulanma və halsızlıqdan şikayətlər olur. Bəzi hallarda mədə nahiyəsi dolğun və zəif ağrılı, bəzi hallarda göz və dəridə sarılıq halları ilə özünü büruzə verir. Erkən əlamətlər yoluxmadan ən tez 2, ən gec 6 ay sonra müşahidə edilir.

Bəs Azərbaycanda bu xəstəliklə bağlı vəziyyət necədir? Neçə nəfər bu xəstəlikdən əziyyət çəkir?

Məsələ ilə bağlı "Cebheinfo.az" Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, TƏBİB Komissiyaları 4 000-dən çox xəstəni qəbul edib, 3 500-ə yaxınını dərmanla təmin edib və 2024-cü ildə C virus hepatiti müalicəsi ilə 724 xəstədə sağalma baş verib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, xroniki virus mənşəli hepatitlər əsasən sirroz və qaraciyər xərçənginə səbəb olmaqla hər il dünyada 1.3 milyon nəfərin ölümünə gətirib çıxarır. Bu isə hər gün 3 500 nəfərin həyatını itirməsi deməkdir.

Baxmayaraq ki, B virus hepatitinin qarşısını peyvəndlənmə ilə almaq mümkündür, C virus hepatiti isə əksər hallarda dərman müalicəsi ilə aradan qaldırıla bilir. Bu xəstəliklər hələ də əhali arasında səssizcə yayılmağa davam edir.

Hesablamalara görə hər gün dünyada 6 000 nəfərin sözügedən infeksiyalara yoluxması ehtimal olunur.Hepatit B virusu əleyhinə peyvəndlənmə uşaqların profilaktik peyvəndlər təqviminə daxildir və ödənişsiz olaraq həyata keçirilir. Peyvəndlənmə uşaqlarınızın xəstəlikdən ömür boyu qorunmasının təminatıdır. Bu səbəbdən də onların vaxtında peyvəndlənməyə cəlb olunmasını təmin etmək hər bir valideynin borcudur.

TƏBİB tabeli tibb müəssisələrində qeydə alınan B və C virus mənşəli hepatitə yoluxmuş şəxslərin virusəleyhinə dərman preparatları ilə təmin olunması 2022-ci ildən etibarən TƏBİB tərəfindən 3 mərkəzdə həyata keçirilir.

Pasiyentlər növbəlilik prinsipi əsasında Kliniki Tibbi Mərkəzdə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında və Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimlər tərəfindən qəbul olunaraq müvafiq təyinat əsasında dərman preparatları ilə təmin edilirlər. 

Qeyd edək ki, növbəyə yazılmaq üçün sahə həkiminizə müraciət etməyiniz kifayətdir. Siz müvafiq müayinələrdən keçirildikdən sonra müalicəyə tibbi göstəriş aşkarlandığı təqdirdə sənədlər elektron qaydada Komissiyalara göndəriləcəkdir.

Bu illər ərzində 4 000 nəfərə yaxın xəstə TƏBİB tabeliyində fəaliyyət göstərən Komissiyalar tərəfindən qəbul olunub, 3 500 nəfərə yaxın xəstə dərmanla təmin olunub. Yalnız 2024-cü il ərzində C virus hepatiti əleyhinə müalicə alan 724 xəstədə sağalma qeydə alınıb.

Gülər
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:282
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri