Azərbaycanda hər ay mindən çox yeni şirkət qeydiyyata alınır
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
2026-cı il noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 734 min 871 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Marja.az Dövlət Vergi Xidmətinə itinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,3 faiz, hüquqi şəxslərin sayı 5,6 faiz artıb.

Noyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 214 min 988 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,4 faiz çoxdur.
2026-cı ilin oktyabr ayında 1183 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,8 faizi yerli investisiyalı, 13,2 faizi isə xarici investisiyalı müəssisələrdir.
Kommersiya qurumlarının 84 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – oktyabr aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.
2026-cı ilin noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,5 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 12 Noyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















