Icma.az
close
up
RU
Azərbaycanda hərbi xidmətin müddəti azaldıla bilər, ali təhsilli şəxslər isə… MÜHÜM DETALLAR KONKRET

Azərbaycanda hərbi xidmətin müddəti azaldıla bilər, ali təhsilli şəxslər isə… MÜHÜM DETALLAR KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycanda hərbi xidmət müddəti azaldılmalı və bu sahədə qanunvericilik yenidən nəzərdən keçirilməlidir. Hərbi xidmət sistemi Türkiyə modelinə uyğunlaşdırılmalı, xüsusilə də ali təhsilli şəxslərə daha çox seçim imkanı verilməlidir”.

Bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov KONKRET.az-a açıqlamasnda səsləndirib:

“Elm və təhsilə önəm verən, bakalavr, magistratura və doktorantura səviyyələrində təhsilini davam etdirmək istəyən gənclərə bu prosesdə daha çevik imkanlar yaradılmalıdır. Bu məqsədlə, ali təhsilli şəxslər üçün xidmət müddəti qısaldılmalı, hətta könüllü əsaslarla xidmətə cəlb edilməlidirlər.

Hazırda Azərbaycanda hərbi xidmət müddəti orta ixtisas və ümumi orta təhsilli şəxslər üçün 18 ay, ali təhsillilər üçün isə 12 aydır. İllik çağırışların sayının isə dörddən iki dəfəyə salınması məqsədəuyğun hesab olunur”.

Ekspert eyni zamanda vurğulayır ki, Azərbaycanda kifayət qədər insan resursu mövcuddur və son illərdə peşəkar ordu modelinə keçid istiqamətində mühüm addımlar atılıb.

“Müddətdən artıq xidmət edən maxe və digər peşəkar hərbi qulluqçuların sayı artırıldığından, kütləvi hərbi çağırışlara ehtiyac azalır. Bu da dövlət büdcəsinə qənaət etməyə və daha çox vəsaitin peşəkar heyətə yönləndirilməsinə imkan yarada bilər.

Ali təhsil müəssisələrində hərbi kafedraların bərpasını da düşünməliyik. Hərbi xidmətə çağırılmadan öncə gənclərə baza səviyyəsində hərbi bilik və bacarıqların verilməsi vacibdir. Bu sahədə Elm və Təhsil Nazirliyi ilə güc strukturlarının əməkdaşlığı zəruri sayılır”.

Mütəxəssisin fikrincə, məktəb illərindən başlayaraq gənclərin hərbi xidmətə psixoloji və fiziki cəhətdən hazırlanması həm vaxt, həm də dövlət vəsaiti baxımından effektiv nəticələr verə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri