Icma.az
close
up
RU
Azərbaycanda ailə institutu çökür RƏYLƏR

Azərbaycanda ailə institutu çökür RƏYLƏR

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosioloq: “Övladın valideynə əl qaldırması faciə siqnalıdır”

Psixoterapevt: “Valideyn övladını tanımır, sosial şəbəkə tərbiyə edir”

İlahiyyatçı: "Valideyn qatili olmaq ən böyük fəlakətdir"

Bakıda baş verən qətlin təfərrüatı məlum olub. Məlumata görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi Sovxoz yaşayış ərazisində qeydə alınıb. İftixar Vəlizadə 19 yaşlı oğlu Ayxan Vəlizadəyə evə gec gəldiyi üçün irad bildirib. Bundan hiddətlənən oğul atasına yaşadıqları evin həyətində 14 bıçaq zərbəsi vurub. Evdə olan 1988-ci il təvəllüdlü ana Səadət Nəcməddin qızı Vəlizadə oğlunun bu əməlinin qarşısını almaq istəyib. O, sağ əlindən bıçaq, boynundan əzilmiş xəsarətlər alıb. Səadət Vəlizadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Qeyd edək ki, Ayxan Vəlizadə ailənin bir oğludur, onun özündən kiçik iki bacısı var.

Gənc bir insanın doğma atasına qarşı bu dərəcədə qəddar davranışı hansı sosial-psixoloji amillərə söykənir?

Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, yeniyetmə və gənclərin iştirakı ilə baş verən faciəli hadisələr dərin təəssüf hissi doğurur:

- Son illərdə yeniyetmə və gənclərin gah özlərinə sui-qəsd etməsi, intihara əl atmaları, gah cinayət əməli törətmələri, aqressivlik, şiddətə meyillilik hər nə qədər müasir dövrün, internet, sosial şəbəkələrin cəmiyyətə ötürdüyü mənfi tendensiyalara bağlansa da, şübhəsiz ki, ailə modelinin dəyişməsi, adət-ənənələrimizin getdikcə itməsi də böyük əhəmiyyət kəsb edir. Müasir texnoloji yeniliklər mənfi təsir bağışlayır, amma burada əsas məsələ təkcə texnologiya deyil. Əsas məsələ - valideynlərin öz övladlarına ayırmadığı keyfiyyətli zaman, emosional dəstək və doğru istiqamətləndirmədir. Valideyn övladla dost münasibəti qurmadıqda, təkcə “qadağalarla” uşaq tərbiyə etdikdə, bu, daha çox əks reaksiya doğurur. Yeniyetmə və gənclərin iştirakı ilə baş verən faciələr bizim cəmiyyətimizə xas olmayıb indiyədək. Son zamanlar ictimai və ailə münasibətlərində qırılmalar, ənənələrdən qopmalar müşahidə olunur, bu da dəyərlərimizin deqradasiyasına səbəb olur. Övladın valideynə əl qaldırması kimi hallar Azərbaycan cəmiyyəti üçün xarakterik olmayıb. Oğul, qız ata-ananı müqəddəs sayırdı, bir sözünü iki etmirdi. Məsləhətə qulaq asır, əməl edirdi. Ölkəmizə xarici institutlar tərəfindən yeridilən bəzi “müasirlik” dəbləri cəmiyyətdə parçalanma, qırılma yaratdı. Kimsə insan azadlığını, azad fikirliliyi qəbahət saymır. İnsan azad məxluqdur, öz düşüncəsi, istəyi ilə hərəkət edib məqsədinin ardınca getməlidir. Lakin bu məsələdə incə nüans var: gərək azadlığı, müstəqil fikirliliyi, sərbəst qərar vermək istəyini valideynlərini incitmədən, onların haqqını tapdalamadan həyata keçirəsən. Bunu isə hər kəs bacarmır. Valideynlərlə sərt, ədəbsiz, sayğısız davranırlar. Bu məsələdə valideynlərin də günahı var. O baxımdan ki, zamanında övladına düzgün tərbiyə verə bilməyib. Bəzən əsaslandırmağa çalışırlar ki, tərbiyələndirməyə çalışmışıq, amma ətrafı pis olub, kimlərəsə qoşulub və sair. Məsələ də bundadır ki, valideyn daim övladına nəzarət etməli, kiminlə oturub-durduğunu, kiminlə dostluq etdiyini bilməli, zərərli vərdişlərə qurşanmasının qarşısını almalıdır. Övlad hansı bir vəziyyətə çatmalıdır ki atasına, anasına əl qaldırsın?! Demək ki, ya əvvəldən uşağa ata-anaya hörmət aşılanmayıb, ya da bu şəxs nəyinsə təsiri altında ağır depressiv və aqressiv vəziyyətdə olub. Bütün bunlar artıq ailə institutunun zəifləməsinin və dəyərlər sistemindəki deqradasiyanın nəticəsidir. Ailələrdə artıq “mənəvi dayaq” yox, “təhlükəsizlik boşluğu” yaranır. Bəzən valideynlər maddi qayğılar içində övladının psixoloji ehtiyaclarını arxa plana keçirir. Bu isə uzunmüddətli sosial fəsadlara yol açır. Hər bir ana-ata bilməlidir ki, övladını yalnız fiziki baxımdan yox, psixoloji baxımdan da qorumalıdır. Onunla gündəlik ünsiyyət qurmalı, sosial dairəsini, emosional ehtiyaclarını anlamalıdır. Məktəblərdə psixoloqlar daha fəal olmalı, valideynlərlə sistemli görüşlər keçirilməlidir. Yeniyetmələrin davranışları erkən mərhələdə müşahidə olunmalı və müdaxilə olunmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də rayonlardakı icra strukturlarının uşaq və gənclərlə iş üzrə şöbələri daha aktiv işləməli, xüsusi risk qrupu olan ailələrlə fərdi profilaktik işlər aparmalıdır. Uşaqlar və yeniyetmələr bizim gələcəyimizdir. Onları təhlükələrdən qorumaq üçün ailə, cəmiyyət və dövlət birlikdə çalışmalıdır. Gələcəyimizi itirməmək üçün bu gün ailə dəyərlərini bərpa etməli, texnologiyanın deyil, insan münasibətlərinin üstünlük təşkil etdiyi bir sosial mühit yaratmalıyıq.

Psixoterapevt Elmir Əkbərsə Sherg.az-a açıqlamasında yeniyetməlik dövrünün çətinliklərlə dolu olduğunu xatırlatmaqla, valideynlərin və məktəbin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi:  

- Təəssüf ki, yeniyetmələr, gənclər arasında cinayət halları baş verir. Və bu, başqa bir yad şəxsə qarşı deyil, valideynə qarşı törədilir. Səbəblərdən birincisi, ailənin psixoloji-psixoterapevtik baxımdan düzgün qurulmamasıdır. Valideyn uşağa kiçik yaşlarından lazımi diqqət göstərmir, böyüdükcə isə ondan tələbləri artır. Axı sən valideyn olaraq bu ağaca vaxtında qulluq göstərməmisən, indi ondan bar verməsini necə tələb edirsən? Bəzi ailələrdə uşağı ərköyün böyüdürlər. Uşaqda isterik xarakter tipi formalaşır. Bəzi atalar evdə tiranlıq edir, övladla səmimi bağlar qurmur. Bu da sonradan valideynlə övlad arasında problemli vəziyyət, anlaşılmazlıq, qarşılıqlı inamsızlıq yaradır. Və bəzən intihara, cinayətə gətirib çıxarır. Səbəblər müxtəlifdir. Bəzən gənclərdə, biz böyüklərə adi görünən, amma onun üçün dəyərli sayıla biləcək nəyinsə əldə edilməməsinə, istəyinin yerinə yetməməsindən doğan küskünlük, yaxud əsəb, qəzəb hissi yaranır. Belə halda həm başqasına zərər verə bilirlər, həm də özlərinə. Valideynlər övladlarının ruh halına, xarakterlərinə lazımi səviyyədə bələd olsalar, faciələrin qarşısını ala bilərlər. Təəssüf ki, bunu çox az valideyn edir. Çox az valideyn övladını tanıyır, övladına bələddir. Çox az valideyn övladı ilə lazımi qədər vaxt keçirir, zaman ayırır. Anlayırıq, valideynlər də işləyir, çalışır. Bir çoxunun vaxtı, zamanı olmur övladı ilə maraqlanmağa, onun davranışlarına diqqət etməyə, hara getdi, hardan gəldi, kiminlə dostluq edir, vaxtını necə keçirir. Bütün bunlar zəruri məsələlərdir və yeniyetmə-gənclərin sonrakı taleyini böyük mənada həll edir. Siz bilirsiz, indi mühit necə korlanıb, mühit uşaqları necə bədbəxt edir?!. Çox təhlükəli dövrdə yaşayırıq. İnternet, feysbuk, instaqram, tiktok, sosial şəbəkələr… Telefonlarda qumar, mərc oyunları cəlb edir bir çoxlarını. Gənclər zərərli vərdişlərə qurşanırlar. İçki, narkotik vasitələr, qumar, mərc oyunları cinayətə aparan yoldur. Aqressiya, qəzəb oyadan kompüter oyunları insanların psixologiyasında dərin travmalara yol açır. Psixoloji gərginlik içində olan adam hər cür cinayətə əl atar. İnsanlar ailələri, valideynləri ilə deyil, sosial platformadakı xəyali şəxslərlə ünsiyyət qururlar. Mənəvi ehtiyaclarını sosial şəbəkədə qarşılamağa çalışırlar. Bu, cəmiyyətimizi bəlalara sürükləyir.

İlahiyyatçı Hacı Atif İsmayılov Sherg.az-a açıqlamasında bu cür cinayət hadisələrinin təəssüf və peşmançılıq doğurduğunu qeyd etdi:

- Son zamanlar bu kimi hadisələrlə, təəssüf ki, çox rastlaşırıq. Bir insanın digərini qətlə yetirməsi öz yerində, övladın valideyn qatili olması, ümumiyyətlə, insan fitrətinə zidd olan ən böyük günah sayılır. Uca Rəbbimiz "Qurani-Kərim"də qətli, o cümlədən valideynin qətl edilməsinin böyük günah olduğunu buyurur və buyurur ki, ata-ananın sözündən çıxmamaq, ata-anaya hörmət və itaət etmək övlada vacibdir. Belə bir vacibat olduğu halda əgər övlad valideyni öldürürsə, həqiqətən də bu, ən böyük qətliam sayılır. İslam bu məsələləri həm psixoloji, həm əxlaqi, həm mənəvi cəhətdən izah edir. Mənəvi tərəflərə baxsaq, burada əslində fitrətdən yaranan, yəni yaranmalı olan mərhəmət duyğusunun ölməsi görünür. Valideyn bu dünyada insanın dünyaya gəlməsində birbaşa iştirak edən məxluqdur. Mərhəmət, şəfqət duyğusunun aşılanması, tanınması körpə ana bətnində olduğu zamandan başlayır. Əgər ana, eləcə də ata doğulacaq övladına ilk vaxtdan mərhəmətini, sevgisini bəyan edirsə, bunu hiss etdirirsə, körpə də bunu hiss edir və bu ali hisslər altında inkişaf edir. Ana bətnindəki körpə canlıdır və baş verənləri, özünə qarşı olan münasibəti hiss edir. Əgər övlada qarşı şəfqət, sevgi, məhəbbət olarsa, bu, övlada da təsir edir. Bir insan valideyninə əl qaldırırsa, fitrəti tamamilə məhv olub demək. Ata, ana ilə övlad arasında möhkəm bir bağlantı var. Bu, Allahın kökdə, yaradılışda qoyduğu, təyin etdiyi bağdır. Bunun aradan getməsi böyük faciədir. Və burada günahkar valideyndir. Demək ki, bu insan ana bətnində olduğu zamandan sevgi və mərhəmətdən xali olub. İnsan dünyaya gəldikdən sonra da tərbiyə mühüm rol oynayır. Valideyn övladına düzgün istiqamət vermədiyi təqdirdə övladın ürəyi qəddarlaşır, mərhəmət hissi ölür. Bəzən ailədə elə proseslərə şahid olur ki, beyin mənəvi zədə alır. İnsann qəlbinin daşlaşması, qəlbinin kin-küdurətlə dolması baş verir. Tərbiyədə boşluq, ailədaxili münaqişələr buna səbəb olur. Ailə daxilində elə bir mehriban, səmimi, qarşılıqlı hörmətə bağlı mühit formalaşmalıdır ki, uşaqlar da mərhəmət hissi ilə böyüsün, psixi travmalar yaranmasın. Bu hadisə onu göstərir ki, həmin ailədə həqiqi sevgi, mərhəmət duyğuları olmayıb. Maddi səbəblərdən baş verən hadisələr də olur. Mülk üstündə, maddiyyata görə övladlar valideynlərin üzünə ağ olur. Demək, övladlar mal-dövlət baxımından deyil, mənəvi baxımdan zəngin böyüdülməlidir ki, gələcək həyatlarında düzgün addım atsınlar. Rəbbim bizləri övladları valideynlərlə üz-üzə qoyan mənəvi böhrandan qorusun.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see297

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see262

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see176

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see174

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see160

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see143

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see139

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see137

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see137

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see133

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see131

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see129

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see129

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see127

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see127

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see127

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see126

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see126

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see125

“Kristal Abşeron 2”dən yanğın, 2 nəfər xəsarət aldı

13 Dekabr 2025 01:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri