Icma.az
close
up
RU
Azərbaycanda icra başçılarına limit qoyula bilər? Deputatlar danışdı

Azərbaycanda icra başçılarına limit qoyula bilər? Deputatlar danışdı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son dövrlər icra hakimiyyətlərində aparılan əməliyyatlar və həbslər bu strukturlarda uzun müddət vəzifədə qalan məmurlarla bağlı müəyyən sualları gündəmə gətirib. Belə ki, həbs olunan icra başçılarının əksəriyyətinin 10 ildən artıq müddətdə rəhbər vəzifədə çalışması bu postlara vaxt məhdudiyyətinin tətbiqi barədə müzakirələri gücləndirib.

İcra başçıları və digər yerli məmurlar üçün vəzifə müddəti məhdudlaşdırıla bilərmi?

Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, idarəetmə olduqca məsuliyyətli sahədir, bu bacarığı formalaşdırmaq üçün müəyyən isə vaxt və təcrübə tələb olunur:

“Lakin təcrübə təkcə zamanla qazanılmır, həm də şəxsin xarakterindən və idarəetmə qabiliyyətindən asılıdır. Rəhbərlik bacarığı yalnız sahəni yaxşı bilmək deyil, həm də tabeliyində olan işçilərin fəaliyyətini düzgün koordinasiya ilə tənzimləməyi bacarmaqdır. Bu, ümumilikdə idarəetmə prosesinin səmərəliliyini artırır və effektiv fəaliyyətə şərait yaradır”.

Arzuxan Əlizadə

Deputat qeyd edib ki, vəzifəyə müddət məhdudiyyətlərinin qoyulması ilə idarəetmədə effektivliyin artırılması mümkün deyil:

“Əksinə, uzun illər təcrübə toplayan kadrların rotasiya qaydasında müxtəlif sahələrdə fəaliyyətə yönəldilməsi daha məqsədəuyğundur. Doğrudur, uzun müddət bir vəzifədə qalmaq bəzi hallarda sui-istifadə hallarına gətirib çıxara bilər, lakin vicdanla çalışan rəhbərlər də az deyil və onların fəaliyyəti nəticəsində idarəetdiyi struktur inkişaf edə bilir. Bu səbəbdən məsələni hər bir halda fərdi şəkildə qiymətləndirmək lazımdır. Əsas məsələ rəhbərlərin fəaliyyətinə effektiv nəzarət mexanizminin qurulmasıdır. Əgər nəzarət sistemi düzgün işləyərsə, təcrübəli və savadlı rəhbərlərin qanunsuz addımlarının qarşısını almaq mümkündür. Əks halda, yüksək ixtisaslı kadrların belə nəzarətsizlik səbəbindən qanuna zidd hərəkətlərə yol verdiyi hallarla rastlaşırıq. Ümumilikdə, idarəetmə sahəsində təcrübəli şəxslərin fəaliyyətini stimullaşdırmaq, eyni zamanda onların fəaliyyətinə qanuni nəzarəti təmin etmək daha optimal yanaşmadır. Hesab edirəm ki, müddət məhdudiyyəti tətbiq etmək idarəetmədə müsbət nəticə vermir”.

Deputat Azər Allahverənov isə bildirib ki, idarəetmə prosesi vəzifədən və sahədən asılı olaraq fərqli xarakter daşıyır:

“İcra başçıları və digər yerli məmurlarla bağlı müddət məhdudiyyətlərinin tətbiqi müzakirəyə açıq məsələdir. Burada keçmiş təcrübə, şəxsin idarəetmə bacarığı, nailiyyətləri və fəaliyyətinin nəticələri mütləq nəzərə alınmalıdır. İcra başçılarının rotasiyası da mövcuddur. Bəzi hallarda onlar bir rayondan digərinə təyin olunur, bəzən isə uzun müddət eyni vəzifədə qalırlar”.

Azər Allahverənov

A.Allahverənov vurğulayıb ki, icra strukturlarında vəzifə müddətləri ilə bağlı məsələlər gündəmə gətirilə bilər:

“Xüsusi nümayəndəlik institutunun — Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda tətbiq olunan modelin — uğurlu təcrübəsi də optimal idarəetmə formalarının yaradılmasına təkan verir.

Ümumilikdə, idarəetmədə müddət məsələsinə münasibət keçmiş təcrübə, mövcud çağırışlar və gələcək hədəflər kontekstində qiymətləndirilməlidir. Mövzu hələ də müzakirəyə açıq olaraq qalır və gələcək islahatların istiqamətinə uyğun formalaşa bilər”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri