Icma.az
close
up
RU
İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır? Deputatlar danışdı

İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır? Deputatlar danışdı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Bu məlumatların rəsmi əsas yoxdur. İndiyə kimi hər hansı açıqlama verilməyib. Sadəcə bəzi ekspertlər bunun vaxtının çatdığını bildirir, ölkədə struktur islahatlarının tərkib hissəsi sayır.

İdarəetmədə belə radikal dəyişiklik mümkündürmü? Dövlət bu addıma gedəcəkmi? Ləğv edilən strukturların yerinə yaradılacaq yeni qurum hansı prinsiplər üzrə formalaşdırılacaq?

Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, idarəetmədə struktur islahatlarının mümkünlüyü bir müddət əvvəl də müzakirə mövzusu olub:

“Sonradan bu müzakirələr səngisə də, mövzu hələ də aktuallığını qoruyur. İctimaiyyətdə xüsusilə icra hakimiyyətlərinin strukturunun dəyişdirilə biləcəyi barədə fikirlər yayılıb. Azərbaycan Prezidenti İlham Əliyev də bildirib ki, icra hakimiyyətləri sovet dövründən qalmış köhnəlmiş strukturdur və onun yenilənməsinə ciddi ehtiyac vardır.

Arzuxan Əlizadə

Bu məsələ idarəetməyə birbaşa aid olduğundan yeni strukturların səlahiyyətləri və idarəetmə mexanizmləri dəqiq araşdırılmalıdır. Hazırda Azərbaycanda idarəetmə sahəsində yeni strukturlar formalaşdırılıb, məsələn, işğaldan azad olunmuş ərazilər üzrə səlahiyyətli nümayəndələr təyin edilib. Bu institutun konstitusiyada təsbitinə ehtiyac yarana bilər”.

Millət vəkili qeyd edib ki, idarəetmə sistemində islahatların aparılması istisna edilmir:

“Mütəxəssislərin yekun rəyləri əsasında yeni idarəetmə üsulları, strukturlar və səlahiyyət bölgüsü müəyyən edilərək qərar veriləcək. Ehtimal ki, bu qərarlar referendum yolu ilə təsdiqlənə bilər. Ümumiyyətlə, cəmiyyət inkişaf etdikcə idarəetmə metodları da yenilənir. Azərbaycanda da bu proseslər müasir dövrün tələblərinə uyğun həyata keçiriləcəkdir”.

Deputat Fazil Mustafa isə bildirib ki, hazırda icra hakimiyyətlərinin ləğvi ilə bağlı hər hansı müzakirə aparılmır və bu məsələ aktual sayılmır:

Fazil Mustafa

“Belə qərar yalnız konstitusiyaya dəyişiklik edildiyi halda mümkündür. Hələlik isə konstitusiya dəyişikliyi ilə bağlı hansısa bir rəsmi açıqlama verilməyib”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Avqust 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri