Icma.az
close
up
RU
Azərbaycanda iki quş növü yoxa çıxıb Ekspert səbəbləri AÇIQLADI

Azərbaycanda iki quş növü yoxa çıxıb Ekspert səbəbləri AÇIQLADI

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda quş müxtəlifliyi baxımından zəngin bir ölkədir. Lakin son illərdə quşların sayı və bəzən müəyyən növlərin tendensiyası ilə bağlı narahatlıqlar artmaqda davam edir. Bəzi müşahidəçilər Azərbaycanda quş növlərinin sayı azaldığını bildirir.

Modern.az-a açıqlamasında ornitoloq Zülfü Fərəcli bildirib ki, Azərbaycanda da, dünyanın bir çox yerində olduğu kimi, bəzi quş növlərinin populyasiyası azalır, bəzilərinin isə sayı artır.

“Məsələn, son 20 il ərzində vaxtilə ölkəmizdə olan iki quş növünün (ağ durnanın və kiçik əyridimdiyin) nəsli tükənmişdir. Onların yox olma səbəbləri digər növlərdəki azalmanın səbəbləri ilə oxşardır və başlıca olaraq qanunsuz ovçuluq, iqlim dəyişikliyi, insan fəaliyyəti nəticəsində təbii landşaftların pozulması (məsələn, su-bataqlıq ərazilərin qurudulması) və işğalçı növlər kimi amillərlə bağlıdır”.

Ornitoloqun sözlərinə görə, işğalçı növlər dedikdə ölkəmizin təbiətinə aid olmayan, sonradan gətirilmiş növlər nəzərdə tutulur:

“Bu yaxınlarda mediada Hirkan Milli Parkına yenotların buraxılması ilə bağlı görüntülər yayıldı. Təbii ki, bu yerli ekosistemlərə mənfi təsir göstərə biləcək addımdır. Nümunə olaraq, yerdə yuva quran Talış qırqovulunun (yarımnöv) sayının tükənmə həddinə qədər azalmasının səbəblərindən biri də Sovet dövründə əraziyə gətirilmiş yenotlar olmuşdur. Bənzər şəkildə, Bakının parklarındakı tutuquşular və su-bataqlıq ərazilərində artırılan nutriyalar da təbii düşmənlərinin olmaması ucbatından çoxalan və yerli ekosistemlərə ziyan verən növlərdir.

Ümumiyyətlə, quş növlərinin sayı haqqında danışarkən nəzərə almaq lazımdır ki, Azərbaycan və bütövlükdə Qafqazda ornitologiya elminin tarixi çox qədim deyil, cəmi bir neçə əsri əhatə edir. Bu səbəbdən ölkəmizin quşlar aləmi hələ tam öyrənilməyib. Hazırda mən bir neçə xarici alimlə birgə belə bir elmi məqalə üzərində işləyirəm”.

Mütəxəssis vurğulayıb ki, tarixi mənbələri də nəzərə aldıqda ölkəmizdə 410-a yaxın quş növünün qeydə alındığı məlumdur:

“Bununla belə, dəqiq rəqəm demək çətindir. Çünki bəzi növlərin Azərbaycanda görüldüyünü qeyd edən mənbələr olsa da, bu müşahidələri təsdiqləyən etibarlı faktlar yoxdur (məsələn, Amerika mənşəli ağ qazlar kimi). Bu cür növlərdən bəziləri ölkəmizdə yalnız təsadüfən və bir neçə dəfə müşahidə olunub”.

Z.Fərəcli onu da əlavə edib ki, digər tərəfdən, son illərdə həm yerli, həm də xarici müşahidəçilərin artması nəticəsində Azərbaycanda yeni növlər də qeydə alınıb.

“Məsələn, qara çəkçəki, qısaquyruq qartal və ağqaş yarpaqgüdən son 5 ildə qeydə alınmış növlər sırasındadır. Eyni zamanda, bəzi növlər öz areallarını genişləndirərək ölkəmizə yayılmağa başlayıb. Bunun bir nümunəsi bozmutul çalağandır. Azərbaycanda ilk dəfə 2020-ci ildə görülüb, son illərdə isə ən azı 15 dəfə qeydə alınıb və araşdırmalarımıza əsasən artıq ölkəmizdə çoxalmağa da başlayıb. Onun yayılmasının səbəbləri arasında iqlim dəyişikliyi, yerli yırtıcı quşların (muymulların) sayında azalma və intensiv kənd təsərrüfatının genişlənməsi kimi amillər göstərilir”,- deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri