Icma.az
close
up
RU
Menu

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Zəfər Gününə həsr olunan fləş mob Video

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

Uşaqlıq xatirələri həyatımıza yön verir

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və nüfuzlu təhsil müəssisələrindən biri olan Harbour.Space Universitetinin və Azərbaycan Süni İntellekt Laboratoriyasının (AI Lab) nəzdində fəaliyyət göstərən AI Academy - Süni İntellekt tədris mərkəzinin birgə əməkdaşlığı ilə Azərbaycanda İKT sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlmiş proqrama start verilir. Agentlikdən SİA-ya bildirilib ki, bu məqsədlə yaradılan “DigiRise” adlı yeni, ödənişsiz proqram süni intellekt və proqram mühəndisliyi üzrə ixtisaslaşmış kiçik və orta səviyyəli mütəxəssislərin hazırlığını və ixtisasartırmasını hədəfləyir.

İRİA-nın “DigiRise” proqramını həyata keçirməkdə məqsədi iştirakçılara beynəlxalq səviyyəli təlimlər təklif etməklə yanaşı, ölkədə rəqəmsal sahədə yüksək ixtisaslı kadr potensialının inkişafına mühüm töhfə verməkdir. Təlimlər iştirakçılara qlobal rəqabətdə üstünlük qazandıracaq dəyərli biliklər təqdim edir və Azərbaycanın texnologiya sektorunda güclü kadr bazasının formalaşmasına şərait yaradır. Həmçinin proqramın tərəfdaşlarından biri olan “AI Academy” uzunmüddətli perspektivdə süni intellekt imkanlarından yararlanmaq və tətbiq olunması ilə bağlı dəstək göstərəcək.

Qeyd edək ki, Harbour.Space Universiteti müasir texnologiyalar, dizayn və sahibkarlıq sahələrində ixtisaslaşan yenilikçi bir təhsil müəssisəsidir. Universitet tələbələri real layihələr və praktiki təcrübələr əsasında tədris edərək qlobal iş bazarına hazırlayır.

Proqram çərçivəsində dövlət və özəl sektorda çalışan şəxsləri əhatə edən 50 iştirakçı təlimə cəlb olunacaq. Namizədlər ilkin texniki bacarıqları, karyera yüksəlişi imkanları və motivasiyalarına əsasən xüsusi meyarlarla təşkil olunan onlayn test və müsahibə mərhələləri vasitəsilə seçiləcəklər.

“DigiRise” proqramı, real iş ehtiyaclarına uyğunlaşdırılmış unikal “İş və təhsil” modelini təqdim edir. Tələbələr seçilmiş “Capstone” layihələri üzərində işləyərək rəqəmsal transformasiya bacarıqlarını real dünya şəraitində inkişaf etdirəcəklər. Təlim prosesində tələbələrə mentor dəstəyi təmin ediləcək.

Qeyd edək ki, təlimlər Harbour.Space Universitetinin təlimçiləri tərəfindən ingilis dilində keçiriləcək.

Tədris müddəti: 12 aya qədər (2024-cü ilin dekabr ayında başlanılacaq)

Tədris formatı: oflayn, onlayn və hibrid

Gündəlik dərs yükü: 3 saat (iş qrafikinə uyğun dərs cədvəli)

Proqrama əsas riyazi, alqoritmik və İT biliklərinə sahib, proqram təminatı sahəsində 1-3 illik təcrübəsi olan şəxslər müraciət edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see293

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see286

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see280

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see274

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see247

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see230

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see225

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see224

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see221

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see216

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see209

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see207

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see206

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see200

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see198

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see190

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see188

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see186

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see183

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri