Azərbaycanda il ərzində ən çox Aygün Kazımovanın mahnısı dinlənilib Foto
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Artıq uzun müddətdir yutub platformasında “trend” bölümü ləğv edilib. Bunun yerinə isə “Youtube Charts” bölümü yaranıb.
Axşam.az xəbər verir ki, bu bölümdə isə bir il ərzində ən çox dinlənilən mahnılar yer alır. Bu siyahıda 1 illik dinlənmədə birinci yerdə Xalq artisti Aygün Kazımovadır. Pop kraliçanın "Can ol" mahnısı ilin ən çox dinlənilən ifası olub. Mahnı 38,1 milyon dəfə dinlənilib. Bəstə ümumilikdə yutubda 42 milyondan çox baxış toplayıb.
Kazımovanın daha bir mahnısı ilk onluğa daxil olub. Belə ki, dünya trendinə düşən və yayımlandığı gündən dillər əzbəri olan "S.O.S" siyahıda yeddinci yerdədir. Mahnının yutubda baxışı 56 milyonu ötüb.
Qeyd edək ki, "Can ol" mahnısının müəllifi YAP10, "S.O.S"un isə musiqisi Kazım Can, sözləri Orxan Qarabasmaya (OGB) nəxsusdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 Dekabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















