Icma.az
close
up
RU
Azərbaycanda ilin ən yaxşı futbolçusu seçildi! 45 xal fərqlə...

Azərbaycanda ilin ən yaxşı futbolçusu seçildi! 45 xal fərqlə...

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

2024-ün sonuna cəmi iki gün qalır. Artıq “Futbol+”in ənənəvi, ümummilli sorğunun nəticələrini açıqlamasının vaxtıdı.

Bu prosesin gedişində bizə yardım göstərə hər kəsə bəribaşdan təşəkkür edirik. Biz futbol ictimaiyyətini müxtəlif təbəqələrini əhatə edən 180 respondentə səs hüququ tanımışıq. Respondentlər siyahısında yığma, klub məşqçiləri, kapitantlar, mətbuat katibləri, jurnalist ordusu, ölkənin futbol rəhbərliyi, mütəxəssislər, agentlər, AFFA nümayəndələri və əvvəlki qaliblərimiz var. Siyahıda olanlardan yalnız Fernando Santuş sorğuya qatılmadı ki, biz də onun mövqeyini anlayışla qarşılayırıq. Portuqaliyalı mütəxəssis fikrini belə əsaslandırdı:

“Yaxşı olar ki, mən səs verməyim. Sərəncamımda olan futbolçuları qiymətləndirmək, fərqləndirmək istəmirəm”.


Açığı, biz “10-luğ”u tərtib edəndə məhz elə Toral Bayramovla Elvin Cəfərquliyev arasında gərgin mübarizə gedəcəyini proqnozlaşdırırdıq. Gözlədiyimiz kimi də oldu: “Qarabağ”ın yerli ulduzlarından biri o birini, yəni Toral Elvini cəmi 45 xal qabaqladı!
Görünür, burda futboldankənar amillər, yəni Elvinin bir neçə dəfə qırmızı vərəqə almaqla komandasını pis vəziyyətdə qoyması da müəyyən rol oynadı. Amma Cəfərquliyev bu nəticə ilə öyünə bilər. Ötənilki sorğumuzda 197 xalla 3-cü olan cinah müdafiəçisi bu dəfə xalını 129 vahid artırdı. 24 yaşını fevralda tamamlayacaq Toral Bayramovun qələbəsi isə tam ədalətlidi. Lənkəranlı sol cinah müdafiəçisi və yarımmüdafiəçisi 180 anketin 160-da yer aldı. O, yalnız AFFA nümayəndələrinin səsverməsində Elvinə uduzdu. Ümumiyyətlə, bu iki futbolçunun 2024 üçün statistikasını müqayisə edəndə Toralın müəyyən üstünlüyünü görmək mümkündü. Bayramov il ərzində müxtəlif turnirlər çərçivəsində, eləcə də milli formada keçirdiyi 62 oyunda (3910 dəqiqə) 20 qol və 10 məhsuldar ötürmə, Cəfərquliyev isə 53 oyunda (3810 dəqiqə) 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qaldı.
3-cü yeri isə Mahir Emreli tutdu. Əslində “Nürnberq”in formasını geyən hücumçu da ötən illə müqayisədə xalını çox artırıb. Sadəcə, mövsümün ilk yarısını zəif keçirməsi onun şansını xeyli azaltdı. Üstəlik Mahir il ərzində yığmanın heyətində cəmi bir qol vurub.
Rza Cəfərov, Nəriman Axundzadə və Səbuhi Abdullazadə bu il topladığı xalı avans kimi qəbul etməli, növbəti illərdə yenidən ən yaxşı adı uğrunda mübarizəyə qoşulmalıdılar. Ötən il cəmi 88 xal toplayan Toralın parlaq nümunəsi ortadadı – o, artıq fəxri kürsünün ən yüksək pilləsindədi. Ümid edirik ki, 2025 qalib üçün daha parlaq il olacaq, nəhayət, legioner karyerasına başlayacaq.
“Futbol+” böyük həvəslə keçirdiyi 26-cı sorğuya yekun vurur. 2025-in həm nominantlarımız, həm də futbolumuz üçün daha parlaq nəticələrlə əlamətdar olacağına ümidlərlə!
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri